• $
  • €
  • ₽
  • ₺
  • £

Facebook-dan möhtəşəm YENİLİK

Facebook-dan möhtəşəm YENİLİK
20.10.2016 21:27
"Facebook”un sadəcə bir sosial şəbəkə olduğu günlər çox geridə qaldı. 

Keçdiyimiz günlərdə WorkPlace və Store yeniliklərini təqdim edən "Facebook", indi də yemək sifarişi və mütəlif rezervasiya proseslərini Facebook-dan çıxmadan reallaşdırmağınıza şərait yaradacaq.

Onlayn rezervasiya xidməti "MyTime” ilə razılaşan Facebook, artıq Delivery.com kimi xidmətlərə birbaşa sifariş/rezervasiya rahatlığını gətirir. Digər tərəfdən Ticketmaster və EventBrite kimi servislər vasitəsilə Facebook üzərindən tədbir (forum, konfrans, konsert və s.) biletləri də alına biləcək.

İllər əvvəl məkan fürsətləri işinə girən ancaq geri çəkilən "Facebook”un bu yeni ortaqlıqlarının daha mənalı olduğunu deyə bilərik. Bunun köməkliyi ilə həm Facebook ən yaxşı bildiyi proqramlaşdırma işindən ayrılmamış olur həm də bu sahədəki mövcud startaplar Facebooka qarşı olmaq yerinə onunla birlikdə həyatına davam edə bilir. Təbii ki günün sonunda bu xidmətdən istifadə edəcək startapların öz tətbiqlərinə və saytlarına çəkdikləri istifadəçi sayının azalacağına da şübhə yoxdur.

Facebook Tədbirlər Tətbiqi də müstəqil oldu

Bu yeniliklərlə birlikdə Facebookun yeni bir tətbiqinin daha müstəqil hala gəldiyini öyrəndik. Facebook Events yəni Facebook Tədbirlər tətbiqi artıq ayrı bir tətbiq olaraq istifadə edilə bilinəcək. Paylaşılan statistikalara görə Facebook Events xidmətindən istifadə edən 650 milyon insan var və bunun tədbir orqanizatorları və bilet satıcıları üçün böyük bir üstünlük olduğunu rahatlıqla deyə bilərik.

Facebookdan Məsləhətlər

Bir başqa yenilik isə yenə məkan/tədbir sahəsi ilə bağlıdır. Artıq istifadəçilər bir məkan və ya tədbir tövsiyyəsi istədiklərində Facebook da süni zəka vasitəsilə seçdiyi dostlarının tövsiyyələri onlara təqdim oluna biləcək. Bu yeniliyi istifadə edə bilmək üçün Məsləhətlər xüsusiyyətinin aktivləşdirilməsi lazımdır ancaq yuxarıda yazdığımız digər yeniliklər kimi bunun da hələki sadəcə ABŞ-da keçərli olduğunu bildirək.

"Facebook"un kifayət qədər müsbət fikir topladıqdan və fərqli ölkələrdə yeni iş birlikləri qurduqdan sonra digər bazarlara açılacağını da deyə bilərik. Baxaq görək bu addımlar sifariş, rezervasiya və tədbir tətbiqlərinin yanında vacib Google və Yelp kimi şirkətlərdən nə götürəcək?//Technote

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol