• $
  • €
  • ₽
  • ₺
  • £

"Hərəkətlərinizə fikir verin" - Çavuşoğludan sərt çıxış

"Hərəkətlərinizə fikir verin" - Çavuşoğludan sərt çıxış
22.10.2016 18:16
"Türkiyə həm Suriya, həm də İraqdakı koalisiyada təmsil olunur”. 

"Report”un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, hazırda Türkiyə Hərbi Hava Qüvvələri koalisiyada iştirak edir: "Havadan nə vaxt, hara və necə əməliyyat aparılması qərarını hərbçilər verəcək”.

Nazir Türkiyənin İraqın Mosul şəhəri yaxınlığındakı Başika hərbi bazasında təlim verdiyi Ninova mühafizə dəstəsinin əsasən yerli sakinlərdən ibarət olduğunu söyləyib: "Mosul İŞİD terror qruplaşmasından təmizləndikdən sonra şəhərin təhlükəsizliyini təmin etmək üçün bu qüvvələrdən istifadə etmək lazımdır. Hazırda əməliyyatın içərisində onlar aktiv rola malikdir”.

M.Çavuşoğlu həmçinin Mosulun İŞİD terrorçu qruplaşmasından xilasetmə əməliyyatından da danışıb:
 
"Quru əməliyyatını müxtəlif qruplar əvəzinə, İraq ordusunun şəxsən idarə etməsi lazımdır. Hazırda orada İraqın şimalında kürd muxtariyyətinin silahlıları, Ninova mühafizə dəstəsi və digər qüvvələr var. Ona görə də İraqda olan ölkələrin və ya Türkiyənin quru əməliyyatlarına qoşulması gündəmdə deyil. Əgər ehtiyac olsa, özəl qüvvələrimizin köməyindən istifadə edəcəyik”.

"Əgər YPG  və PYD (PKK-nın Suriyadakı qolu - "Report") öz yerlərinə çəkilməsə və İŞİD-ə qarşı əməliyyat aparan Azad Suriya Ordusuna hücum etməyə davam etsə, biz də lazım olan addımı atacağıq. Çünki YPG və PYD-nin İŞİD-ə qarşı olduğunu bilirik. Yox, əgər bunun əksini edirsə, deməli, onların məqsədi İŞİD-ə qarşı savaşmaq deyil, Suriyada öz terror dəhlizini yaratmaq istəyidir. Əvvəldən də bəyan etmişik ki, burada belə bir hala icazə verməyəcəyik. Bu səbəbdən də hərəkətlərinə fikir verməlidirlər, yoxsa biz lazımi addımları atacağıq”, - deyə M.Çavuşoğlu əlavə edib. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol