• $
  • €
  • ₽
  • ₺
  • £

Kosmosda ilk süni atom yaradılıb

Kosmosda ilk süni atom yaradılıb
24.01.2017 22:33
Almaniya Aerokosmik Mərkəzi (DLR) kosmosda "MAIUS 1” eksperimentinin uğurla işə salınmasını açıqlayıb. Eksperiment çərçivəsində alimlər dünya tarixində ilk dəfə çəkisizlik şəraitində süni atom - Boze-Eynşteyn kondensatını əldə ediblər. Bu barədə mərkəzin mətbuat xidmətinin məlumatında deyilir.
 
"ICTnews” Elektron Xəbər Xidməti "RİA Novosti” resursuna istinadən yazır ki, "DLR” layihə iştirakçısı Rayner Forke bildirib ki, Boze-Eynşteyn kondensatı qazı tam soyudanda yaranır. "Biz şadıq ki, "MAIUS 1”-in onu kosmosda hasil etməsini nümayiş etdirə bildik. Zondun çəkisizlikdə olduğu 6 dəqiqə ərzində biz materiyanın dalğavarı xüsusiyyətlərinə həsr edilən 100-ə yaxın eksperiment keçirməyə nail olduq”, - o qeyd edib.
 
Məlumata görə, Boze-Eynşteyn kondensatı xüsusiyyətinə görə özünü bir atom kimi aparan və tipik "atom” xüsusiyyətlərinə malik qaz və mayeyə oxşar qeyri-adi materiya formasıdır. Alimlərin sözlərinə görə, bu, oxşar süni "atom”ların xüsusiyyətlərinin asanlıqla manipulyasiyasına və onlardan kubitlər, kvant kompüter oyuqları və yüksək ötürücü struktur prototipi kimi istifadəsinə imkan verir.
 
Bildirilir ki, fiziklər uzun müddətdir belə kollektiv "atom”ların özlərini kosmosda necə aparmasına maraq göstərsələr də, onların ideyasının yoxlanılması üçün qələvi metalların atomlarını soyudaraq Boze-Eynşteyn kondensatına çevirən qurğunun quraşdırılmasına görə bir neçə binanın tələb edilməsi çətinlik törədib. Almaniya mühəndisləri "MAIUS 1” atomları üçün miniatür "tələ” çip yaradaraq onu İsveçdə yerləşən Esreync kosmodromundan geodeziya raketi göyərtəsində göndərməklə bu problemi həll ediblər.
 
Çipdə iki tip soyutma qurğusu - atom vibrasiyalarını boğan və onları soyumağa məcbur edən lazerlər, eləcə də ən "isti” atomları kənarlaşdıran və öz daxilində ən soyuq və hərəkətsiz hissəcikləri saxlayan maqnit "tələ” var. Çəkisizlik vəziyyətində aparılan təcrübələrin nəticələri fizik və mühəndislərə digər kvant cihazları miniatür şəklə salmağa və onların peyklərə inteqrasiyasını öyrənməyə kömək edəcək.
 
Buraxılışı 2018 və 2019-cu illərə nəzərdə tutulan növbəti iki "MAIUS” missiyası çərçivəsində Almaniya alimləri Boze-Eynşteyn kondensatının xüsusiyyətlərinin tədqiqini davam etdirməyi planlaşdırmaqla yanaşı, Eynşteyn nisbilik nəzəriyyəsini yoxlamağa çalışacaqlar.
 
Bu il "DLR” mərkəzindən başqa oxşar layihəni ABŞ Kosmik Agentliyi (NASA) də həyata keçirəcək. Agentlik iyunda Beynəlxalq Kosmik Stansiyaya Boze-Eynşteyn kondensatını formalaşdıracaq "CAL” alətini göndərməyi nəzərdə tutur.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol