• $
  • €
  • ₽
  • ₺
  • £

"Instagram" yeni funksiya

"Instagram" yeni funksiya
26.01.2017 13:19
Ötən ilin noyabrında şəkil və video mübadiləsi üçün məşhur "Instagram” xidmətinin tərtibatçıları "Instagram Stories”in bir hissəsi olan "Live Stories” onlayn yayım funksiyasını təqdim ediblər.
 
"Live Stories” funksionallıq baxımından "Twitter”in "Periscope” funksiyasının analoqudur. Bir neçə ay ərzində onlayn yayım amerikalı istifadəçilərə əlçatan olub, amma indi növbəti həftənin sonuna kimi "Live Stories” bütün dünyada əlçatan olacaq. Qeyd edək ki, sözügedən funksiyanın işləməsi üçün 10.0 və yuxarı versiya tələb olunur.

"ICTnews” Elektron Xəbər Xidməti "4pda.ru” saytına istinadən yazır ki, onlayn yayım funksiyasını işə salmaqdan ötrü əsas ekrandan sağ tərəfə svayp (barmağı sensor ekrandan çəkmədən sürüşdürmə) edərək "Tarixçə”ni açmaq, sonra yayımı başlatmaq üçün sağ tərəfə daha bir svayp etmək lazımdır. Hansısa istifadəçi onlayn yayımı işə saldığı halda başqa istifadəçilər onun profilinin ikonkasında "live" yazısını görürlər. Tamaşaçılar real vaxt rejimində şərhlər yaza və layk edə bilərlər. Yayım başa çatdıqdan sonra yazı avtomatik silinəcək.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol