• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistandakı rus əsgərlərinə döyüş hazırlığı əmri verildi

Ermənistandakı rus əsgərlərinə döyüş hazırlığı əmri verildi
01.03.2017 16:20
Motoatıcı, tank, kəşfiyyat, artilleriya və zenit bölmələri əraziyə çıxarılıb.

Rusiyanın Ermənistandakı bazasının bölmələri həyəcan siqnalı ilə ayağa qaldırılıb və "Kamhud" və "Alagöz" yüksək dağ poliqonlarına çıxıb.

İstiPress-in məlumatına görə, bu barədə RİA Novosti agentliyi Cənub Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən xəbər yayıb.

Məlumata görə, Rusiyanın Ermənistanda yerləşən bölmələrinə həyəcan siqnalının verilməsinin məqsədi hərbçilərin planlı döyüş yoxlamasını həyata keçirməkdir.

"Həyəcan siqnalı üzrə döyüş hazırlığında motoatıcı, tank, kəşfiyyat, artilleriya və zenit bölmələri çətin taktiki şəraitdə hava hücumlarının qarşısını almaq, qarla örtülmüş çətin keçilən, zəhərli maddələrin, daş uçqunlarının və şərti diversiya-kəşfiyyat qruplarının dəf edilməsi yoxlanılır", - məlumatda qeyd olunur.

Hava Hücumundan Müdafiə (HHM) bölmələri hava məkanını qorumaq üçün Rusiyanın Erebunidəki aviabazasının Buk M1-2, S-300V kompleksləri, MiQ-29 qırıcıları, Mi-8Mt, Mi-24p tipli helikopterlərdən istifadə edir.

Hərbi mühəndislər isə mina hasarlarının quraşdırılması və möhkəmləndirilməsi istiqamətində işlər görəcək.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol