• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-da aktiv neft quyularının sayı 18 aylıq maksimuma çatıb

ABŞ-da aktiv neft quyularının sayı 18 aylıq maksimuma çatıb
06.03.2017 19:19
Son bir il ərzində aktiv neft quyularının sayı 55% artıb.

ANN.AZ/ ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı fevralın 25-dən martın 3-dək 2 ədəd və ya 0,26% artaraq 756-ya çatıb.

"ANN" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 7 ədəd və yaxud 1,16% artaraq 609 ədəd, qaz quyularının sayı 5 ədəd və yaxud 3,31% azalaraq 146 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 1 ədəd olub. Bununla da aktiv neft quyularının sayı son 18 ayın maksimal həddinə çatıb.
 
Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 217 ədəd və yaxud 55,36%, qaz quyularının sayı isə 49 ədəd və yaxud 50,51%, ümumilikdə isə neft-qaz quyularının sayı 267 ədəd və yaxud 54,6% artıb.

Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən ilin mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 92,72% çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 62,15% aşağıdır.

"Report"un analitik qrupu qeyd edir ki, yaxın 3-6 ay ərzində neft qiymətlərinin 50-60 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir. Belə olduğu halda, ABŞ-da aktiv neft quyularının sayında artım davam edəcək. Bu da öz növbəsində hasilatın artmasına gətirib çıxaracaq.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol