• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Hələbdə məscidi bombaladı – FOTOLAR

ABŞ Hələbdə məscidi bombaladı – FOTOLAR
17.03.2017 20:20
Suriyanın Hələb şəhərində Etarib rayonunun Cina kəndində məscidə havadan hücum edilib.

ANN.Az Hurriyete istinadən xəbər verir ki, namaz vaxtı həyata keçirilən hücumun nəticəsində 58 nəfər ölüb.  

Bundan başqa, hücum nəticəsində 100-dən çox adamın yaralandığına dair məlumat da yayılıb. Hücum zamanı məsciddə 300-ə yaxın adam olub. 

Suriyanın mülki müdafiə nümayəndəsi Yahya Cevad jurnalistlərə verdiyi açıqlamasında "Hərbi təyyarə Hələbin Etarib rayonunun Cina kəndində yerləşən məscidi bombaladı” deyib. 

Cevad sonda dağıntılar altından çıxarılan ölənlərin sayının 58-ə çatdığını bildirib. "Mülki müdafiə bölükləri hücuma məruz qalan məsciddə dağıntılar altında qalan insanları xilas etməyə çalışır. Hücum zamanı məsciddə 200-dən 300-ə qədər adam olub”. 

ABŞ SQ komandanlığı (CENTCOM) hücumun həyata keçirildiyini inkar etməyib. Baş verən hadisə ilə əlaqədar verilən açıqlamada hücum İdlibdə "Əl Qahidə” terror təşkilatının yaraqlılarının toplaşdığı məkana edildiyi bildirilib.

Jurnalistlərin İdlib əməliyyatı ilə Cina kəndində həyata keçirilən hava hücumunun eyni əməliyyat olmasına dair sualına gəldikdə isə, CENTCOM nümayəndəsi hücumun İdlibdə deyil, Hələbin Cina kəndində həyata keçirildiyini təsdiqləyib. 

Dini İşlər Nazirliyin rəhbərliyi Məhməd Görməz hücumla əlaqədar "Twitter” hesabında "Bir insanı səcdədə olarkən öldürməyin və bir məbədin partladılmasının nə Allah, nə də bəşəriyyət qarşısında bir izahı ola bilməz” yazıb. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol