• $
  • €
  • ₽
  • ₺
  • £

Ən cavan prezident

Ən cavan prezident
08.05.2017 11:20
"En Marche!” ("İrəli!”) hərəkatının lideri Emmanuel Makron Fransa prezidenti seçilib. İlkin məlumata görə, mayın 7-də keçirilən prezident seçkilərinin ikinci turunda seçicilərin 66,06%-i ona səs verib. 

Oxu.Az xəbər verir ki, bazar günü Emmanuel Makron yeni seçilmiş dövlət başçısı kimi ilk nitqi ilə çıxış edib. 

Simvolik olaraq yeni seçilmiş Fransa prezidenti Avropa İttifaqının himni olan Bethovenin "Sevinc odası” sədaları altında Luvrun piramidasının podiumuna qalxıb. 

Makron ölkənin siyasi həyatını mənəvi normalara uyğunlaşdırmağa, demokratiyanı hücumlardan qorumağa, iqtisadiyyatı möhkəmləndirməyə, vahid Avropa üçün yeni təməl yaratmağa və bütün fransızların təhlükəsizliyini təmin etməyə söz verib. 

Makron – Fransa respublikasının tarixində ən cavan prezidentdir. Qəribəsi odur ki, indiyə qədər o, seçki yolu ilə heç bir postu tutmayıb. Makron nüfuzlu Parisin Milli Administrasiya məktəbini (ENA) bitirib. O, uğurlu biznesmendir – sərmayəçi bankir olub. Amyen şəhərindən orta səviyyəli ailədən olan (valideynləri həkimdir) Makronun siyasi təcrübəsi sabiq prezident Fransua Ollandın administrasiyasında iş və iqtisadiyyat naziri vəzifəsində ikiillik fəaliyyəti ilə məhdudlaşır. Nazir vəzifəsində Makron, həmkarlar ittifaqlarının və sol fəalların etirazlarına səbəb olan əmək qanunvericiliyində islahatın müəllifi kimi məşhur oldu. 

Tezliklə cavan siyasətçi Sosialist partiyasının sıralarını tərk edərək öz partiyasını "En Marche!” ("İrəli!”) yaratdı.

 Şərhçilər onun seçkiqabağı kampaniyası ilə Barak Obamanın 2008-ci ildə keçirdiyi kampaniyası arasında - gənclərə ümid, tərəfdaşları sosial şəbəkələr tərəfindən cəlb edilməsi, "qapıdan qapıya” təbliğatı ilə məşğul olan çoxsaylı fəallar şəbəkəsini yaradılması kimi bənzərliklərin olduğunu qeyd ediblər.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol