Rusiya Fransaya nota göndərib

Parisdə Le Burje aviasalonunda keçirilən sərgidə iştirak edən "Rusiya müdafiə-ixracat” Səhmdar Cəmiyyətinin heyətinin rəhbəri Sergey Kornevin avtomobilinə hücum olub.
Hadisə ilə əlaqədar Rusiyanın Fransadakı səfirliyi Fransanın XİN-ə nota göndərib.
Anews.az xəbər verir ki, diplomatik sənədin göndərilməsinə dair RİA Novosti məlumat yayıb.
Xatırladaq ki, çərşənbə axşamı San-Denidə Kornevə hücum baş verib. Sərgi başa çatdıqdan sonra geri qayıdan heyət rəhbəri avtomobildə olub. Hücum edənlərin qarətçi olduqları ehtimal edilir. Onlar avtomobilin şüşəsini sındıraraq pul və qiymətli əşyaları tələb ediblər. Sergey Kornev pasportunu qoruya bilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















