• $
  • €
  • ₽
  • ₺
  • £

“Əşyalar interneti” laboratoriyası yaradılıb

“Əşyalar interneti” laboratoriyası yaradılıb
22.06.2017 15:20
Çinin "Huawei” telekommunikasiya avadanlığı istehsalçısı və İspaniyanın "Telefonica” rabitə operatoru açıq "Əşyalar interneti” (IoT) laboratoriyası yaradıb.

Anews.az "ICTnews”a  istinadən xəbər verir ki, Çilidə istifadəyə verilən "NB-IoT Open Lab” layihəsinin məqsədi darzolaqlı "Əşyalar interneti” texnologiyaları ilə əlaqədar həll və əlavələrin hazırlanmasını sadələşdirmək və sürətləndirməkdən ibarətdir.

Laboratoriya mobil "IoT” şəbəkə bazarına qabaqcıl həllərin çıxarılması üçün istehsalçı, tərəfdaş, ekspert, tərtibatçı və dizaynerlər ekosisteminin yaradılması üçün nəzərdə tutulub. Onlar "Huawei”in resurs və imkanlarının "Telefonica” şirkətinin tədqiqat mərkəzinin elmi-texniki bazası, eləcə də, resurs və innovasiyaları ilə birləşdirilməsi sayəsində "IoT” texnologiyalarından birinci yararlana biləcəklər.

Məlumata görə, "NB-IoT” laboratoriyası çərçivəsində praktik "IoT” texnologiyalar mərkəzi yeni texnologiyaların tətbiqində maraqlı olan "Əşyalar interneti” cəmiyyətinin iştirakçılarının görüş yerinə çevriləcək. Texnologiyanın tətbiqinə proqram təminatının uyğunluğunun sınaqları üzrə görüşlər, birgə işlənmə və testlər, startaplar üçün treninq və proqramlar, eləcə də, digər çoxlu birgə tədbirlər xidmət edəcək.

Laboratoriya faydalı əməkdaşlıq üçün platforma rolunu oynamaqla tədarükçülərə birlikdə yeni "IoT” servislərinin tətbiqini sürətləndirməyə imkan verəcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol