• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstan Ermənistana rədd cavabı verdi

Gürcüstan Ermənistana rədd cavabı verdi
13.07.2017 19:20
"Gürcüstan Ermənistan üçün tranzit marşrutlarının açılması məsələsini nəzərdən keçirmir”.

anews.az Report-a istinadən xəbər verir ki, bunu Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Vaan Martirosyanın ölkəsinin yaxın gələcəkdə Rusiya və Gürcüstan arasında işğal olunmuş regionlar - Abxaziya və Tsxinvali vasitəsilə ticarət dəhlizinin fəaliyyətə başlayacağına ümid etməsi ilə bağlı fikirlərini şərh edərkən deyib.

Z.Abaşidzenin sözlərinə görə, Rusiya və Gürcüstan arasında danışıqlar 2011-ci ilin sazişi əsasında yük dövriyyəsinin monitorinqi üzrə aparılır və Ermənistanın Abxaziya vasitəsilə ticarət dəhlizinin açılmasına ümid etməsinə imkan verən heç bir əlavə şərt yoxdur.

"İndi Rusiya ilə 2011-ci ilin sazişinin qüvvəyə minməsi barədə danışırıq. Bunun üçün həm biz, həm də Rusiya tərəfi İsveçrə şirkəti (SGS) ilə müqavilə bağlamalıyıq. Bu danışıqlarda isveçrəli həmkarlarımız fəal iştirak edir. Müqavilələr üzrə hazırlıq mərhələsini başa vurub imza atmaq lazımdır. Bundan sonra sazişin həyata keçirilməsinə nəzarət edəcək Gürcüstan-Rusiya-İsveçrə işçi qrupu yaradılacaq”, - Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi bildirib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol