• $
  • €
  • ₽
  • ₺
  • £

"FETÖ-çülər vəzifəli şəxslərin uşaqlarını təhsil mərkəzlərində ələ alırlar"

"FETÖ-çülər vəzifəli şəxslərin uşaqlarını təhsil mərkəzlərində ələ alırlar"
14.07.2017 17:20
Biz ölkəni onlardan təmizləyirik.

"2016-cı ilin iyulun 15-də dövlət çevirilişinə cəhd zamanı türk xalqı dövlətinə sahib çıxdı. Bu hadisələrlə bağlı hər şey şəffafdır".

"Report"un xəbərinə görə, bunu Türkiyə baş nazirinin müavini Nüman Qurtulmuş xarici media nümayəndələri ilə görüşündə deyib.

O bildirib ki, bu hadisə ən böyük xəyanət idi: "Cinayətkar şəbəkə ilə üz-üzə qalmışdıq. Bu hadisələri, bunun arxasında dayananları unutmayacağıq, unutdurmayacağıq. Türkiyə demokratik ölkədir. Amma buna baxmayaraq, Türkiyədə 5 dəfə dövlət çevirilişi olub. Bu, xalqın seçiminə qarşı çıxmaqdır. Xalq 15 iyul hadisəsinin qarşısında dayandı. Biz bunu unutmarıq. Həmin gecə xalq qəhrəmanlıq nümayiş etdirdi.

Qabartmadan deyirəm, bu hadisə Türkiyə, o cümlədən dünyada mühüm hadisə kimi yadda qalıb. Yəni, bu cür hadisədə dünya dövlətlərinin necə davrandığı məlum oldu. FETÖ terror təşkilatının iki üzü var. Bir üzünə baxanda təhsil, yardım işləri ilə məşğul olanlar görərsiniz. İkinci əsas üzü isə terrordur. Onlar dövlətin içinə sızmışdılar. Kimsə güman etməzdi ki, onlar dinc insanlara qarşı silah çəkərlər. Bunun digər terror təşkilatlarından fərqi yoxdur. İŞİD İslamı necə gözdən salırsa, onlar da o cür edirlər".

Baş nazirin müavini qeyd edib ki, bu terror təşkilatı təkcə Türkiyə üçün deyil, dünya üçün də təhlükəlidir: "Onlar vəzifəli şəxslərin uşaqlarını təhsil mərkəzlərində öz tərəflərinə çəkirlər. Bir neçə ölkədə fəaliyyət göstərirlər. Onlar həm də siyasətlə məşğul olurlar. Dinlə məşğul olursansa, siyasətlə nə işin?!"
N.Qurtulmuş bildirib ki, 15 iyul hadisəsində baş verənlər gerçəkdir: "Onlar istədiklərini etsəydilər, Türkiyədə hər şey başqa cür olacaqdı. Bu ölkə Suriyanın gününə salınacaq, bəlkə də hansısa dövlət tərəfindən işğal ediləcəkdi. Bu hadisənin planlaşdırılmış iş olduğunu iddia edənlər də var. Amma əmin olun ki, hər şey gerçəkdir, faktlar ortadadır. Biz ölkəni onlardan təmizləyirik. Onlar özlərini qəhrəman hesab edirlər. Nəyi qəhrəmanlıq hesab edirlər? Türkiyə prezidentini öldürmək?!"

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əfqanıstanda məktəb yaxınlığında baş verən partlayışda ölənlərin sayı 22 nəfərə çatıb
Dünya 12:50
Əfqanıstanda məktəb yaxınlığında baş verən partlayışda ölənlərin sayı 22 nəfərə çatıb
Zelenski cəbhə xəttində atəşkəsə hazır olduğunu bildirib
Dünya 11:53
Zelenski cəbhə xəttində atəşkəsə hazır olduğunu bildirib
Türkiyədə 39 vilayət üçün sarı xəbərdarlıq verilib
Dünya 09:26
Türkiyədə 39 vilayət üçün sarı xəbərdarlıq verilib
Britaniyanın Əmək və Pensiyalar Nazirliyinin sistemlərinə kiberhücum edilib
Dünya 09:23
Britaniyanın Əmək və Pensiyalar Nazirliyinin sistemlərinə kiberhücum edilib
NYT: FIFA Trampa təqdim etdiyi sülh mükafatını ləğv edə bilər
Dünya 08:45
NYT: FIFA Trampa təqdim etdiyi sülh mükafatını ləğv edə bilər
Stiv Uitkoff Ukrayna ilə bağlı Senatda qapalı brifinq keçirəcək
Dünya 23:10
Stiv Uitkoff Ukrayna ilə bağlı Senatda qapalı brifinq keçirəcək
Los-Anceles sahillərində 5 maqnitudalı zəlzələ olub
Dünya 23:04
Los-Anceles sahillərində 5 maqnitudalı zəlzələ olub
Netanyahu baş nazir postunu Qadi Ayzenkota verməyə hazır olduğunu bildirib
Dünya 22:35
Netanyahu baş nazir postunu Qadi Ayzenkota verməyə hazır olduğunu bildirib
Ukrayna Rusiyanın üç mühüm neft obyektini vurub
Dünya 21:52
Ukrayna Rusiyanın üç mühüm neft obyektini vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol