• $
  • €
  • ₽
  • ₺
  • £

Təbrizdən Qarabağa hücum planı

Təbrizdən Qarabağa hücum planı
05.08.2017 13:34
İranda erməniləri ən çox qorxudan qüvvə

Ermənistanda Serj Sarkisyanın avqustun 5-ə, yəni bü günə nəzərdə tutulmuş Tehran səfərinə çox önəm verirlər.

İstiPress-in məlumatına görə, əksər erməni jurnalistləri İranla əlaqələrin inkişafını Rusiya asılılığından xilas olmaq üçün əlavə dəstək vasitəsi kimi baxırlar.

Məsələn, erməni şərhçi Akop Badalyan səfərlə bağlı yazdığı məqaləsində bildirir: "Söhbət Gürcüstan- Ermənistan-İran zəncirindən gedir, bunun ətirafında yeni regional təhlükəsizlik və sabitlik sitsemi qurulmalıdır”. Təbii ki, Akop Badalyan  Gürcüstan dedikdə, əslində, bu ölkədə bərqərar olmağa hazırlaşan NATO barədə düşünür.

Amma Serj Sarkisyan hakimiyyəti heç də Akop Badalyan səviyyəsində utopist deyil, taktik gedişləri və strateji planları reallıqlara uyğun qurur. Serj ölkəsinin Rusiyanın  hərb poliqonu olduğundan NATO ilə əməkdaşlıq planlarının heç bir poitensial uğuruna inanmır. İranda onun qarşısını kəsən əsas qüvvə isə İran türkləri, yəni bizim leksikonla deyilsə, İran azərbaycanlılarıdır. 

Ermənistanda bir neçə həftə qabaq Rusiya və Ermənistan sərhədçilərinin birgə keçirdiyi təlimlərdə də əsas düşmən kimi məhz İranda yaşayan azərbaycanlılar seçilmişdi,  guya Dağlıq Qarabağı həmin azərbaycanlıların hücumundan qorumaq istəyirlər.

Məsələyə Rusiya mətbuatı da böyük diqqət yetirir. Məsələn, Rusiyanın populyar portallarından olan "Vestnik Kafkaza” bu günlərdə İranda 33 milyon azərbaycanlının yaşadığı bildirib. Məqaləsini Türkiyənin "TRT” telekanalının materialları əsasında quran portal İranda türklərin tarixinin bizim eranın 1-ci əsrindən başlandığını, 3-cü əsrdən isə Azərbaycanın cənubunda və İranın şimalında türklərin məskunlaşıdığını bildirib. 

İranın indiki ali dini lideri Seyid Əli Xamneyinin Azərbaycan  türkü olduğu bildirlən məqalədə 10-cu əsrdə Sacilərdən başlayaraq 1925-ci ilə kimi İranın müxtəlif türk ailələri tərəfindən idarə edildiyi vurğulanır. İranı idarə edən türk ailələr içərisində Qəznəvi, Səlcuq, Xarəzmşah, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi, Əfşar və Qacar sülalərinin adını çəkib.

Bu məsələdə bir faktı dəqiqləşdirməyə ehtiyat var ki, əslində, islam inqilabına qədər İranı idarə etmiş Pəhləvi ailəsi də türk əsilli olub. Əslən Bakıdan olan Rza xan əslində yaxın ətrafı və ailə üzvləri ilə türkcə, qonşuları ilə Mazandaran dilində, siyasətçilərlə və ictimai tədbirlərdə farsca, rus hərbçiləri ilə isə rusca ünsiyyət qururmuş. Xanımı Nuş-Afərin Ayrumlu Bakıda rus dilində təhsil almışdı və həyat yoldaşı ilə həm rusca, həm də türkcə danışırmış. Azərbaycan türkcəsində şeirlər yazmış Nuş-Afərin Ayrumlu onları heç yerdə çap etdirə bilməyib. Həm əri, həm də oğlu bu şeirlərin fars millətçilərinin qiyamına səbəb olacağından qorxublar.
 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol