• $
  • €
  • ₽
  • ₺
  • £

Tarix açıqlandı: 27 minlik ordu hücuma keçir

Tarix açıqlandı: 27 minlik ordu hücuma keçir
19.08.2017 12:17
Suriyanın şimalında YPG-yə (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı qolu –red.) qarşı əməliyyata hazırlıqlarını başa çatdıran Türkiyə eyni zamanda, ABŞ, Rusiya və İranla danışıqları davam etdirir.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, təhlükəsizlik mənbələrinin məlumatına görə, İran və Rusiya ilə danışıqlarda Afrin mövzusunda razılaşma əldə edilib.

Moskva və Vaşinqton isə İdlibdə "Əl-Nüsra” Cəbhəsinə qarşı keçiriləcək əməliyyata Türkiyənin də dəstək verməsini istəyib. Ankaranın cavabının müsbət olduğu bildirilir.

Türkiyənin İran və Rusiya ilə əldə etdiyi razılaşmalara əsasən, terror təşkilatlarından təmizlənəndən sonra həm Afrin, həm də İdlib təhlükəsizlik zonası elan ediləcək.

Türkiyə Silahlı Qüvvələri isə Suriyanın şimalında həyata keçirəcəyi əməliyyat üçün hazırlıqlarını başa çatdırıb. Bölgəyə "Fərat Qalxanı” hərəkatında istifadə olunandan iki dəfə çox ağır silah və sursat gətirilib, 7 mindən çox əsgər yerləşdirilib. Azad Suriya Ordusunun təxminən 20 min döyüşçüsü əməliyyat üçün əmr gözləyir.

Qurban bayramından sonra başlanması planlaşdırılan əməliyyatın hədəfi YPG-nin Suriyanın şimalından təmizlənməsidir. Əməliyyatın təşkilatın nəzarətində olan Afrin və ya Tel-Abyaddan başlanması gözlənilir. Ancaq hərbi mənbələrə görə, əməliyyat eyni vaxtda bir neçə istiqamətdə başlana bilər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol