• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstandan Ermənistana ərazi iddiası

Gürcüstandan Ermənistana ərazi iddiası
19.08.2017 17:22
Gürcüstanlar Ermənistan arasında gerləşən Xuçapvəng kilsəsi iki ölkə arasında ərazi münaqişəsinə səbəb olub.

İstiPress-in məlumatına görə, erməni ekspertlər gürcü millətçilərinin kilsənin Gürcüstan ərazisində qalması barədə radikal çıxışların arxasında Azərbaycanın dayandığını iddia edirlər.

Söhbət Gürcüstanın Dmanisi rayonunda azərbaycanlıların yaşadığı Ağkörpü kəndinin yaxınlığında yerləşən Xuçapvəng kilsəsindən gedir. 13-cü əsrdə tarixi Lori mahalında tikilmiş məbəd heç zaman erməni kilsəsi olmayıb, böyük ehtimalla regionda yahayan türkdilli xristinaların - frenklərin, urumların və s. ibadət yeri olub.  Region Səfəvi və Osmanlı imperiyaları arasında keçən döyüşlərdə əldən ələ keçib.  Rusiya işğalından sonra Tiflis quberniyasına, daha sonra isə Gürcüstana tabe olub. 1921-ci ildə regionu ələ keçirən bolşeviklər əsasən azərbaycanlıların və qismən də ruslarına yaşamasına baxmayaraq tarixi Lori mahalını, eləcə də  Xuçapvəng kilsəsini  Ermənistana tabe ediblər.  

Ermənistan Xuçapvəng kilsəsini özününkü saymır, buna görə abidə müstəqillik illərində yararsız hala düşüb. İki ölkə arasında gedən sərhəd demarkasiya proseduru zaman kilsənin Ermənistanda qalması ehtimalı var ki, bu gürcü vətənpərvərlərin qəzəbinə səbəb olub.  
Ermənistanda bayramdır: Rusiya çökür

Amma gürcülər pravoslav kilsəsi olduğundan onu öz məbədləri sayırlar. "Facebook” istifadəçisi Georgi Çelidze öz səhifəsində müraciət edərək avqustun 31-inə etiraz mitinqi təyin edib. Gürcüstan hökumətinin binasının qarşısında keçiriləcək mitinqdə əsas şüar "Erməni işğalına son qoyaq"  sözləri olacaq.
Ermənistan Dövlət İdarəetmə Akademiyasıın elmi əməkdaşı Conni Melikyan gürcü vətənpərvələrinin arxasında Azərbaycanın durduğunu iddia edib:
"Sifarişçilər müxtəlif ola bilər. O cümlədən Azərbaycan tərəfi. Bakı Güpcüstanda nəzarət etdiyi KİV-lər vasitəsi ilə dəfələrlə belə üsullara əl atıb”.

Qəribədir, indiyə kimi ermənilər qonşularına - Türkiyəyə, Gürcüstana və Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edirdilər. İndi özləri bununla üzləşiblər.
 
Buna görə də günahı üçüncü qüvvələrdə axtarırlar.

Çingiz Rüstəmov,
İstiPress




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol