• $
  • €
  • ₽
  • ₺
  • £

“Android”in yeni versiyası təqdim olundu

“Android”in yeni versiyası təqdim olundu
22.08.2017 20:20
"Google” şirkəti özünün "Android” əməliyyat sisteminin yeni - 8-ci versiyasını təqdim edib.

anews.az-ın İKT.lent.az-a istinadən xəbərinə görə, bu barədə şirkətin bloqunda məlumat verilib.

"Google” yeni əməliyyat sisteminin adını ənənəsinə uyğun olaraq şirniyyat adlarından seçib. "Android 8.0” "Oreo” adını alıb.  

"Google”dan bildirilib ki, "Android Oreo” daha ağıllı, daha operativ və daha güclüdür. Sistem "təsvirdə təsvir” (Picture in Picture) funksiyası ilə işi sadələşdirir. Belə ki, artıq istifadəçilər eyni anda iki əlavə görə biləcəklər. Bundan başqa, "Android 8.0” çərçivəsində bildiriş sistemi də təkmilləşdirilib və ən vacib əlavələrdən gələn bildirişlər daha operativ olacaq.  

"Android Oreo” avtotamamlama funksiyası ilə təmin edilib, bu isə menyuda asanlıqla hərəkət etməyə və müxtəlif vəzifələr yerinə yetirməyə imkan verəcək. Nəhayət, yeni OC daha etibarlı müdafiə vasitələrinə malikdir və əvvəlkindən iki dəfə daha tez işə düşür, cihaz sahibinin az istifadə etdiyi əlavələrin fon aktivliyini məhdudlaşdırır.

Yeni əməliyyat sistemi ABŞ-da tam Günəş tutulması ilə eyni vaxt təsadüf edib. Bu hadisə yeni əməliyyat sisteminin təqdimat videosunda da əksini tapıb. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol