• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə keçiriləcək prezident seçkilərində Ərdoğanın ilk rəqibi məlum olub

Türkiyədə keçiriləcək prezident seçkilərində Ərdoğanın ilk rəqibi məlum olub
23.08.2017 22:00
Türkiyədə 2019-cu il prezident seçkilərində mövcud dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Rəcəb Tayyib Ərdoğanın ilk rəqibi bəlli olub.

anews.az APA-ya istinadən xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyasından (MHP) xaric edilən və hazırda yeni siyasi partiyanın yaradılması ilə məşğul olan sabiq daxili işlər naziri Meral Akşenerin prezidentliyə namizəd olacağı açıqlanıb. Bunu qurulmaqda olan yeni partiyanın lider heyətində təmsil olunan, avqustun 22-də MHP-dən istefa vermiş sabiq nazir Koray Aydın "Fox TV”-nin efirində deyib. K. Aydın bildirib ki, R. T. Ərdoğanın M. Akşener qarşısında qələbə şansı yoxdur: "Rəy sorğularına əsasən, bütün partiyalar öz namizədi ilə seçkiyə qatılacağı təqdirdə, Ərdoğan ilk turda qalib gələ bilmir. İkinci tura Ərdoğanla birlikdə Akşenerin çıxması qətidir. Bu turda isə Ərdoğan Akşeneri məğlub edə bilməz”.

Qeyd edək ki, Meral Akşenerin liderliyi ilə qurulmaqda olan yeni siyasi partiyanın oktyabrın 29-da – Cümhuriyyət bayramında Samsun şəhərində elan olunacağı gözlənilir. Yeni siyasi qüvvənin nüvəsini MHP-dən xaric olunan və istefa verən şəxslər təşkil etsə də, partiyanın mərkəzçi cizgidə olacağı və bütün təbəqələri öz ətrafında toplamağa çalışacağı bildirilir. Partiyanın adı hələlik məlum deyil.

Onu da əlavə edək ki, Türkiyədə 16 aprel 2017-ci il tarixli referendumda qəbul olunan Konstitusiya dəyişikliyi 2019-cu il prezident seçkilərindən sonra qüvvəyə minəcək. Türkiyə məhz bu seçkilərdən sonra rəsmən prezident üsul-idarəsinə keçəcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol