• $
  • €
  • ₽
  • ₺
  • £

Kapitanı azərbaycanlı olan gəmi iki yerə bölündü - VİDEO

Kapitanı azərbaycanlı olan  gəmi iki yerə bölündü - VİDEO
28.08.2017 08:04
İstanbulun Sarıyer rayonu ərazisində Monqolustan bayrağı altında üzən "Leonardo" adlı 114 metr uzunluğunda olan yük gəmisi ortadan ikiyə bölünüb.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin Sahil Polisi Baş İdarəsinin məlumatında bildirilir.

Hadisə gecə saat 3 radələrində quru yük gəmisi təmir üçün Tuzladakı tərsanəyə aparılarkən Sarıyer Demirciköy sahillərində baş verib. 1975-ci ilin istehsalı olan gəminin ön hissəsi aşağıya doğru əyildiyindən arxa hissəsi qırılaraq gövdədən ayrılıb.

Əraziyə Sahil Təhlükəsizlik Baş İdarəsinin axtarış və xilasetmə yedəkləri başda olmaqla 8 sahil təhlükəsizlik gəmisi və sahil təhlükəsizlik qüvvələri cəlb edilib.
Qısa müddət ərzində hadisə yerinə çatan komandalar, gəminin Azərbaycan əsilli kapitanı ilə Rusiya və Hindistan əsilli 10 nəfərlik ekipajını xilas ediblər. Quruya çıxarılan heyət üzvləri xəstəxanalara aparılıb.

Ortadan bölünən gəminin bir hissəsi batıb. Əsas gövdə isə komandalar tərəfindən sahilə çəkilib.
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol