• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-a köçməyi unududn - "Green Cart" ləğv edilir

ABŞ-a köçməyi unududn - "Green Cart" ləğv edilir
02.11.2017 10:33
Nyu Yorkda 8 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra ABŞ-da yaşamaq hüququ verən "Green Cart"  lotereyasının ləğvi yenidən gündəmə gəlib. İstiPress-in məlumatına görə, prezident Donald Tramp lotereyanın ləğvi üzərində işi sürətləndirəcəklərini bəyan edib. Bu barədə dövlərt başçısı özü "Twitter" səhifəsində yazıb. 

"Terrorçu ölkəmizə bu sistemlə daxil olub. Mən əsaslandırılmış bir sistem istəyirəm. Biz aktiv şəkildə belə miqrasiya istəyirik. Demokratlardan artıq heç bir lotereya... Biz daha da güclü və ağıllı olmalıyıq". 

Tramp Ağ evdə jurnalistlərə açıqlamasında isə bu proqramın ləğvi üzərində işə başladığını elan edib. "Bunu çoxdan etmək istəyirdim. Konqresdən dərhal bu sahədə işə başlamağı tələb etmişik. Biz bu lotereya proqramından mümkün qədər tez canımızı qurtarmalıyıq". 

Xatırladaq ki, Nyu-York terrorunun törədən şəxs qismində saxlanılan gənc Özbəkistan vətəndaşıdır. 29 yaşlı Sayfullo Saipov 2010-cu ildə ABŞ-da yaşamaq hüququ əldə edib. Ötən gün isə o icarəyə götürdüyü yük maşının insanların üzərinə sürüb, daha sonra isə maşından çıxıb, əlində silahla "Allahu Əkbər" deyərək qışqırmağa başlayıb. Bu zaman polis onu yaralayaraq zərərsizləşdirə bilib. 

"Diversity Immigrant Visa" proqramını ABŞ Dövlət Departamenti təşkil edir.  Hər il bu uduş sayəsində Azərbaycanda daxil olmaqla, onlarla ölkədən olan minlərlə insan ABŞ-da yaşayıb, işləmək şansı qazanır. Qaliblər isə komputer proqramı ilə təsadüfən seçilir. 

Bu ilki uduşda 224 Azərbaycan vətəndaşı "Greencard” sahibi olub. Onlar arasında keçmiş "Dəyirman” qrupunun solisti Elmir Məhərrəmov, müğənni Elariz Məmmədoğlu da var.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol