ABŞ-ın neft ehtiyatları azalıb

ABŞ-ın neft ehtiyatları 2,435 mln. barel və yaxud 0,53% azalaraq, 454,9 mln. barelə qədər geriləyib.
Anews.az xarici mətbuata istinadən xəbər verir ki, hesabat dövründə ölkənin benzin ehtiyatları 4,02 mln. barel azalıb. Analitiklər benzin ehtiyatlarının 1,55 mln. barel azalacağını proqnozlaşdırırdılar.
ABŞ-da gündəlik neft hasilatı 46 min barel və ya 0,48% artaraq, 9,553 mln. barelə yüksəlib.
Bu arada, açıqlanan göstəricilərdən neftin qiyməti önəmli dəyişiklik göstərməyib və 60 dollar/bareldən bir qədər yuxarı həddə qalıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















