• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident Saakaşvilini əfv etmədi

Prezident Saakaşvilini əfv etmədi
29.05.2020 11:10
Gürcüstan prezidenti Georgi Marqvelaşvili öz vətənində qiyabi olaraq həbs olunan Mixeil Saakaşvilini əfv etməyi planlaşdırmır.

AzVision.az xəbər verir ki, bunu Marqvelaşvili "Rustavi 2” telekanalına müsahibəsində bildirib. 

"Hansı məntiqlə mən Saakaşvilini əfv etməliyəm? Prokurorluq hansı ittihamı irəli sürməli olduğunu, araşdırmanı necə aparmağı müəyyən edə bilmir, hakim əfv etmə haqqında maddənin qanunsuz istifadəsinin sərhədi ilə müəyyən edə bilmir. Və Gürcüstan prezidenti əfv etməklə onların bu səhvlərini düzəltməlidir?”, - deyə Marqvelaşvili hiddətlənib. 

"Əfv - bu məhkəmə səhvinin düzəldilməsi deyil, bu mərhəmət aktıdır. Belə bir reallıq qarşısında mən Saakaşviliyə münasibətdə bu cür emosiya göstərə bilərəmmi?”, - prezident soruşub. 

O, həmçinin Saakaşvilini prokurorluq və məhkəmənin "köhnə ənənələrlə fəaliyyət göstərdiyi” hazırkı sistemi yaratmaqda ittiham edib: "Yeni hakimiyyət bunu aradan qaldırmaq iqtidarında deyil”. 

Qeyd edək ki, yanvarın 5-də Tbilisi şəhər məhkəməsi qiyabi olaraq ölkənin sabiq prezidenti Mixail Saakaşvilini 4 il müddətinə azadlıqdan məhrum edib. Amnistiya nəticəsində Saakaşvilinin həbs müddəti üç ilə qədər enib.

Sabiq prezident Sandro Qirqvlianinin iş üzrə "Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə” ittiham olunub. İstintaqın versiyasına əsasən, Mixail Saakaşvili Konstitusiya Təhlükəsizliyi Departamentinin sabiq rəhbəri 

Date Axaliyaya Sandro Qirqvlianinin qətlinə görə həbs olunanları əfv edəcəyinə söz verib. Bundan sonra Saakaşvili əfv komissiyasının qərarı olmadan Qerontiya Alaniya, Mixail Bibiluridze, Avtandil Apçiauri və Aleksandr Qaçayevi əfv edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol