• $
  • €
  • ₽
  • ₺
  • £

AŞPA-nın qış sessiyası başladı

AŞPA-nın qış sessiyası başladı
22.01.2018 13:50
Yanvarın 22-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası öz işinə başlayıb.

Anews.az xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın bu təşkilatda daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə deputat qrupu sessiyada iştirak edir.

AŞPA-nın qış sessiyası çərçivəsində Avstriya və Ermənistanın prezidentlərinin, eləcə də Danimarka baş nazirinin çıxışları gözlənilir.

Sessiya çərçivəsində AŞPA-nın yeni sədri və İnsan Hüquqları üzrə Komissarı seçiləcək.

Sessiyanın gündəliyinə futbolda və müasir idmanda yaxşı idarəçilik, Ukrayna müharibəsinin humanitar nəticələri, vətəndaşların baza gəlirləri, regional dillərin və azlıqların dillərinin müdafiəsi ilə bağlı məsələlərin, həmçinin Bosniya Herseqovinanın Avropa Şurasında öhdəliklərini yerinə yetirməsi ilə bağlı son monitorinqin nəticələrinin müzakirəsi daxildir.

Danimarkanın baş naziri ölkəsinin qarşıdan gələn 6 ay ərzində sədrlik edəcəyi qurumun Nazirlər Komitəsindəki fəaliyyət planını təqdim edəcək və müvafiq sualları cavablandıracaq. Sessiyada Avropa Şurasının baş katibinin və İnsan Hüquqları üzrə Komissarının illik hesabatları dinləniləcək.

Qış sessiyasının təcili debatlarına üç məsələ təqdim olunub. Bunlar "İsrail-Fələstin sülh prosesi və Avropanın rolu”, "Avropada artan antisemitizm”, "İslamofobiya və ksenofobiya” adlı mövzulardır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol