• $
  • €
  • ₽
  • ₺
  • £

Saakaşvili Sərkisyanı “barıqa” adlandırdı

Saakaşvili Sərkisyanı “barıqa” adlandırdı
03.02.2018 14:36
İrəvanda yenidən Mixail Saakaşvilinin "Gücün oyanışı” kitabının təqdimatına izn verilməyib.

Kult.az xəbər verir ki, kitabın təqdimatının keçirilməsinə izn verilməyən Yeqişe Çarentsa ev muzeyindən sonra "Noyan Tapan” kitab mağazası da təqdimata ev sahibliyi etməkdən imtina edib. Kitabın tərcüməçisi Mikayıl Naapetyan öz Feysbuk səhifəsində tədbirdən imtinanı siyasi təzyiq və açıq senzura adlandırıb.

Feysbukda, həmçinin, Saakaşvilinin kitabının təqdim edilməməsini tələb edənlər də az olmayıb. Onlar isə daha çox Saakaşvilini Cavaxetiyada erməniləri həbs etdirməkdə, Azərbaycan və Türkiyə ilə yaxın əlaqələrdə ittiham ediblər. Ermənistan Təbiətin Mühafizəsi nazirinin köməkçisi Mesrop Yesayan isə öz Fesybuk səhifəsində daha kəskin mövqe ortaya qoyub:

"Saakaşvili Gürcüstandakı erməni ictimai xadimlərini və erməni dilini sıxışdırdığına, eləcə də Türkiyə və Azərbaycanla sıx əməkdaşlıq etdiyinə görəmi öz kitabının erməni versiyasının təqdimatına layiq görülüb?”

Gürcüstandakı Saakaşvili tərəfdarları Ermənistanda kitabın təqdimatına izn verilməməsini tənqid edib. Tiflis Universitetinin professoru, politoloq Oleq Panfilov kitabın təqdimatının Ermənistan hökuməti tərəfindən qadağan olunduğunu deyib. Saakaşvilinin özü isə qadağaya kinayəli formada cavab verib:

"Bütün ölkələrin "barıqa”ları (satılmışları) mənə qarşı birləşib. Təəssüf ki, Ermənistanda da müdaxiləsiz baş tutmadı. Maraqlıdır ki, Gürcüstandakı rəqiblərim şayiə yayıblar ki, mən etnik erməniyəm, Ermənistandakılar isə anti-erməni olduğumu deyirlər”.

Qeyd edək ki, Saakaşvili öz kitabında əsasən 2003-cü ildəki qızılgül inqilabından, keçirdiyi reformlardan bəhs edir. O, həmçinin, Rusiya-Gürcüstan müharibəsinin bir sıra epizodlarını, eləcə də Vladimir Putinlə arasındakı əlaqələri, Ukraynadakı böhranı qələmə alıb.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol