• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı milyarder sirri açdı

Azərbaycanlı milyarder sirri açdı
27.03.2018 11:00
Skripal məsələsinə Rusiya xüsusi xidmət orqanlarının heç bir aidiyyəti yoxdur.

Axar.az xəbər verir ki, bunu "Nezavisimaya qazeta”ya müsahibəsində azərbaycanlı milyarder Fərhad Əhmədov deyib.

"Oleq Qordiyevski 1985-ci ildə Finlandiya vasitəsilə Britaniyaya qaçıb. Niyə indiyə qədər onu güllələmirik və ya zəhərləmirik? Skripal kimə lazımdır? Mən bunun intihar olduğunu istisna etmirəm. Ata və qızın depressiya üçün çox səbəbləri olub. Yeri gəlmişkən, zəhərləndikləri gün onlar qəbiristanlığı ziyarət edərək, burada Skripalın mərhum həyat yoldaşı ilə vidalaşıblar.

İstənilən halda bu, düşünülmüş provokasiyadır. Nədənsə Skripalın zəhərləndiyi yer olan Solsberidən 12 kilometr məsafədə yerləşən Porton-Daun hərbi bazasındakı məxfi kimyəvi laboratoriyadan az yazılır. Bu ərazidə zamanında müəmmalı alim ölümləri qeydə alınıb. Məhz bu ərazidə sirli şəkildə keçmiş SSRİ-dən olan mühacir alim, mikrobioloq və Müdafiə Nazirliyinin əməkdaşı Vladimir Paseçnik həlak olub. Məhz o, müəmmalı şəkildə qətlə yetirilən Devid Kelli ilə dəfələrlə bu kimyəvi laboratoriyanı ziyarət edib.

Qərbdə Rusiyanı təcrid olunan ölkəyə çevirmək istəyirlər. Dünyanı idarə edənlər üçün müstəqil Rusiya gərək deyil. Onu nümayişkaranə şəkildə cəzalandırmaq istəyirlər”, – deyə o bildirib.

F.Əhmədov Britaniyanın təzyiqlərinə çoxdan məruz qaldığını və bundan çəkinmədiyini bildirib:

"Mən artıq Britaniya hökuməti tərəfindən təşkil edilən şəxsi sanksiyalardan keçmişəm. Əvvəlcə onlar mənimlə burada razılaşmağa çalışdırlar. Belə ki, aktivlərimi Britaniyaya daşımağımı, eləcə də Rusiyanın qaz sənayesi haqqında məndən məxfi məlumatlar almaq istədilər. Lakin görünür, mən onları çox güclü şəkildə təəssüfləndirdim.

Cəza tədbirləri dərhal başladı. London Ali Məhkəməsi haqqımda qərar çıxarıb, yarım milyard dolları keçmiş həyat yoldaşıma ödəməyimi istədi. Halbuki biz onunla 17 il əvvəl Moskvada boşanmışdıq”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol