• $
  • €
  • ₽
  • ₺
  • £

Moskva İrəvanı rədd etdi

Moskva İrəvanı rədd etdi
19.11.2014 19:43

Rusiya Dövlət Dumasının Nəqliyyat Məsələləri üzrə Komitəsinin sədri Yevgeni Moskviçev bildirib ki, "Rusiya dəmir yolları" şirkəti Azərbaycan ərazisi vasitəsilə İrandan Rusiyaya dəmiryol xətti tikmək niyyətindədir. Xatırladaq ki, bu məsələ Dövlət Dumasının sədri Sergey Narışkinin noyabrın 16-17-də İrana səfəri zamanı əsas müzakirə mövzusu olub.

Bu məsələ Ermənistanda dərin narahatlıq doğurub. Erməni saytlarında dərc olunan "Bakı - Moskvanın prioritetidir" başlıqlı analitik yazıda deyilir ki, bu layihənin icrası barədə nəsə demək çətindir. Çünki "Rusiya dəmir yolları" şirkəti bu gün maliyyə problemləri ilə üzləşib. Şirkət dövlətdən 1,5 trilyon rubl kömək gözləyir. Amma bu məsələnin siyasi komponenti çox əhəmiyyətlidir. Belə ki, Rusiya regionda Ermənistanla strateji müttəfiqliyi siyasi prioritet saymır. Amma Azərbaycan bu gün regionda əsas yer tutur.

Məqalədə Ermənistanın Rusiya yedəkçisi kimi qələmə verilir və ölkənin çox şey itirdiyi yazılır: "Ermənistan Rusiyanın strateji müttəfiqi kimi, faktiki olaraq, hər şeyini itirir. Bir növ Rusiyanın arxasında gizlənib. Təəccüblü deyil ki, Ermənistan Rusiyaya tamamilə təslim olub, qətiyyən müqavimət göstərmir. Hansı ki, Rusiyaya baş əyməmək üçün müqavimət göstərə bilər.

Hətta Ermənistan müxalifəti Rusiyaya baş əyən, sitayiş göstərən hakimiyyətin planlarına qarşı çıxmır. Məhz buna görədir ki, Rusiya Ermənistanın bütün resurslarını əlində saxlayır. Amma Rusiya öz maraqları naminə Azərbaycanla hesablaşaraq İranla Rusiyanı birləşdirən dəmiryol xətti çəkmək niyyətindədir. Dəmiryol xəttinin tikilib-tikilməməsi başqa məsələdir, amma Rusiya üçün mühüm məsələdir. Amma Rusiya tərəfindən heç vaxt Ermənistan-İran dəmiryol xəttinə indiyə qədər maraq göstərilməyib.

Bir sözlə, rəsmi Moskva Bakını İrəvanla və Tiflislə müqayisə etməyərək Azərbaycan vasitəsilə İranla əlaqəni təmin etməyə hazırlaşır. Həmçinin Moskva Azərbaycan və İran arasında etibarsızlığı nəzərə alaraq vəziyyətə nəzarət etmək istəyir. Halbuki Ermənistanla İran arasında dostluq münasibətləri var, siyasi problemlər yoxdur, hətta regional hərbi-siyasi perspektivlər nöqteyi-nəzərindən kifayət qədər ahəngdarlıq var. Belə olan halda Rusiya İrəvan vasitəsilə İranla əlaqə yarada bilər, amma etmir. Buna görə də Moskva həmişə Ermənistan-İran iqtisadi əlaqələrinin inkişafı üçün böyük baryer olub".

Yazıda vurğulanır ki, siyasi niyyətlərdə və hədəflərdə problemin olmasına baxmayaraq Rusiya üçün Azərbaycan regional müttəfiqdir. Bununla da Rusiya üçün Ermənistanla strateji müttəfiqliyin səhv olduğu üzə çıxdı, demək olar ki, dövlət səviyyəsində bu strateji tərəfdaşlığa tüpürüldü.

Bundan əlavə, məqalədə qeyd olunur ki, Ermənistanın indiki hakimiyyəti Rusiyanın himayəsində yaşamaqla barışaraq, Rusiyanın bütün təklifləri ilə razılaşaraq ölkəni cib dövlətinə çevirdilər. İndiki bütün siyasi sistem və Ermənistan hakimiyyətinin fəaliyyəti saxtadır (ANS).

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol