• $
  • €
  • ₽
  • ₺
  • £

2014-cü ilin sözü seçildi

2014-cü ilin sözü seçildi
19.11.2014 11:51

İngilis dili üzrə Oksford lüğətinin versiyasına görə, elektron siqaretlərin çəkilməsini bildirən “vape” feli 2014-cü ilin sözü seçilib.

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Oksford lüğətinin rəsmi bloqunda deyilir.    "To vape” felinin tərifi 2014-cü ilin avqustunda yaranıb. Sözün hərfi mənası elektron siqaret və ya digər oxşar qurğuların buraxdığı tüstünü nəfəsə almaq deməkdir. Leksikoloqlar seçimlərini elektron siqaretlərin populyarlığının artması ilə izah ediblər. “vape” sözündən istifadə 2014-cü ilin aprelində - Londonda ilk profilli “vape” kafe açılanda və Nyu-Yorkda elektron siqaretlərin binalarda çəkilməsinə qarşı etiraz aksiyalarının keçirilməsi zamanı kəskin artıb.  İlin sözü adına namizədlər siyahısına həmçinin “normcore” (diqqəti cəlb etməyən geyimi dəbli kimi geyinmək), “contactless” (kontaktsız - telefon, smart kart və s. oxşar qurğuların simsiz birləşdirilməsi texnologiyası haqqında) və “slacktivism” (internetdə insandan xüsusi səylər tələb etməyən siyasi aksiyalarda iştirak, məsələn, onlayn petisiyanı imzalamaq) daxildir.  İngilis dilinin digər lüğətinin (Collins English Dictionary) versiyasına görə, ilin sözü “to photobomb” feli olub. Söz nəşrdə belə izah edilir: “fotoşəkildə subyektin icazəsi olmadan görünmək”.   ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol