• $
  • €
  • ₽
  • ₺
  • £

Moskva erməni generalı İrəvana vermir

Moskva erməni generalı İrəvana vermir
14.08.2018 19:13
2008-ci il martın 1-də Ermənistanda keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunaraq axtarışa verilən Ermənistanın keçmiş müdafiə naziri, general-polkovnik Mikael Arutyunyan hazırda Moskvadadır.
 
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın "Qraparak” qəzeti yazıb. 

Etibarlı mənbələrinə istinad edən qəzet bildirir ki, Ermənistanın hüquq-mühafizə orqanları Arutyunyanın yerini müəyyənləşdirə biliblər, lakin onu həbs edə bilmirlər. "Məsələ ondadır ki, Mikael Arutyunyan Rusiya vətəndaşıdır və çox ehtimal ki, rəsmi Moskva onun həbsinə icazə vermir. Bu səbəbdən erməni hüquq-mühafizə orqanları Arutyunyanı tutmağa risk etmirlər.” – deyə, "Qraparak” yazıb. 

O da qeyd olunur ki, Ermənistanın Xüsusi İstintaq Xidmətinin (XİX) rəisi Sasun Xaçatryan bəyan edib ki, Arutyunyanın həqiqətən də Rusiya vətəndaşı olub-olmamasını yoxlayırlar. Lakin XİX-dən qəzetə bildiriblər ki, bu, mürəkkəb prosesdir. 

"Qraparak” etibarlı mənbələrindən əldə etdiyi məlumata əsaslanaraq onu da bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətdə olan baş katibi Yuri Xaçaturov da Rusiya vətəndaşıdır. Və 2008-ci ilin 1 mart hadisələrində təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunacağını bilsəydi, Xaçaturov da ifadə verməyə gəlməzdi. Qəzet yazır ki, İrəvan məhz Moskvanın sərt reaksiyası və təzyiqindən qorxaraq KTMT baş katibini dindirildikdən sonra sərbəst buraxıb. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol