• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyadan Türkiyəyə ŞAD XƏBƏR

Rusiyadan Türkiyəyə ŞAD XƏBƏR
24.08.2018 15:35
Rusiya və Türkiyə viza rejiminin sadələşdirilməsi üzrə mexanizmin yaradılması ilə bağlı razılıq əldə edib.

Publika.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə görüşündə deyib.

S.Lavrov bildirib ki, bu il Rusiyadan Türkiyəyə gələn tueist sayı 5 milyonu keçəcək. XİN rəhbəri deyib ki, Rusiya müxtəlif kateqoriyadan olan Türkiyə vətəndaşları üçün qarşılıqlı əsasda viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlara hazırdır.

Qeyd edək ki, Rusiya Türkiyə vətəndaşlarına 2015-ci ilin noyabrında Rusiya qırıcısının vurulmasından sonra münasibətlərin gərginləşməsi fonunda viza rejimi tətbiq etmişdi.

M.Çavuşoğlu da Rusiyadan gələn turislərin sayının daha da artacağını bildirib. Moskvada baş tutan görüşdən sonra tərəflər medianın suallarını cavablandırıb. Çavuşoğlu həmçinin Rusiya və Türkiyə arasındakı işbirliyinin ABŞ-ı qısqandırdığını bildirərək, enerjidən kənd təsərrüfatına, turizmdən müdafiə sənayesinə qədər bir çox sahələrdə əlaqələrin genişləndiriləcəyini bildirib. O, gələcəkdə münasibətlərin daha da inkişaf edəcəyini vurğulayıb.

Görüş zamanı suriyalı qaçqınların öz ölkələrinə geri qayıtması məsələsi də müzakirə edilib.

Çavuşoğlu bu mövzu ilə bağlı Astana sazişinə sadiq qalacaqlarını bildirib: "İdlib məsələsinin müharibə yolu ilə həlli fəlakətə səbəb ola bilər”.

Çavuşoğlu Suriyada atəşkəsin davam etməsi üçün Rusiya ilə işbirliyinin davamlı olmasını vacibliyini vurğulayıb.

Görüşdən əvvəl jurnalistlərə açıqlama verən S.Lavrov tərəflər arasında ticarət, hərbi və bir sıra məsələlərdə işbirliyinin aktiv şəkildə davam etdiyini bildirib.

Ankara və Moskva arasındakı təmasların daha əvvəl görülməmiş səviyyəyə çatdığını deyən Lavrov, digər nazirlər arasında da görüşlərin keçiriləcəyini bildirib.

Müdafiə naziri Hulusi Akar ilə MİT naziri Hakan Fidan da bu gün Moskvada rusiyalı rəsmilərlə görüş keçirir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol