• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş müdafiə naziri həbs oluna bilər

Keçmiş müdafiə naziri həbs oluna bilər
05.11.2014 09:13
Ötən gün axşam saatlarında baş nazir tərəfindən istefaya göndərilmiş Gürcüstanın keçmiş müdafiə naziri İrakli Alasaniya həbs olunacağını istisna etmir.APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Alasaniya “Rustavi-2” telekanalının efirində bildirib.   “Mən heç nəyi istisna etmirəm, əgər məni bir siyasi lider kimi həbs etmək istəyirlərsə..., qoy etsinlər, lakin günahsız insanlara toxunmasınlar”, deyə o bildirib. Qeyd edək ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili ötən gün müdafiə naziri İrakli Alasaniyanı tutduğu vəzifədən azad edib. Buna səbəb kimi Müdafiə Nazirliyinin “özəlləşdirilməsinin” və “istintaqa əngəl törədilməsinin” qarşısının alınması göstərilir.   Qərar verilməzdən əvvəl müdafiə naziri İrakli Alasaniya bəyanatla çıxış edərək Müdafiə Nazirliyinə məqsədli hücumun həyata keçirildiyini qeyd edib. İrakli Alasaniya qeyd edib ki, onun rəhbəri olduğu qurum Gürcüstanı NATO və Avropa İttifaqı ilə birləşdirən yeganə qurum olub və prokurorluğun addımlarını Gürcüstanın Avroatlantik seçiminə qarşı hücum adlandıraraq hakim koalisiyasının Siyasi Şurasının çağırılmasının tələb edib.  Gürcüstanın yeni müdafiə naziri Mindiya Canelidze təyin olunub. O, təyinatından əvvəl baş nazir yanında Təhlükəsizlik və böhranların idarəetməsi şurasının katibi vəzifəsində çalışıb. İrakli Alasaniyanı istefaya göndərildikdən sonra onun silahdaşı olan Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili də istefa verib. Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze hazırkı hökumətin tərkibindəki “Bizim Gürcüstan – Azad demokratlar” partiyasının rəhbəri İrakli Alasaniyanın komandasından olan nazirlərin hamısının istefaya göndəriləcəyini istisna etməyib. Vyanada səfərdə olan qonşu dövlətin prezidenti Georgi Marqvelaşvili Gürcüstandakı son hadisələri şərh edərkən  qeyd edib ki, siyasi qarşıdurma ölkənin NATO-ya inteqrasiyasına əngəl törədə bilər: "Siyasi qarşıdurma ölkədəki institutların səmərəli fəaliyyətini,  dövlətin Avroatlantik inteqrasiyasını, və ən əsası, ölkəmizin suverenliyinin təminatçısı olan ordunu təhlükə altına atır".  Xatırladaq ki, bundan əvvəl Gürcüstan Müdafiə Nazirliyinin bir qrup yüksək çinli əməkdaşı 2 mln dollar məbləğində büdcə vəsaitlərini talan etməkdə təqsirli bilinərək həbs olunub.  Bundan başqa, ötən gün  prokurorluq 2013-cü ildə hərbçilərin kütləvi zəhərlənməsi ilə bağlı Gürcüstan Müdafiə Nazirliyinin daha bir qrup yüksək çinli əməkdaşına səhlənkarlıq ittihamı irəli sürüb. Prokurorluqdan, həmçinin, bildirilib ki, Müdafiə Nazirliyinin daha bir qrup  əməkdaşının tikinti tenderi ilə bağlı yol verdiyi nöqsanlara dair istintaq aparılır.   Gürcüstan mətbuatı qeyd edir ki, Alasiniyanın rəhbəri olduğu “Bizim Gürcüstan – Azad demokratlar” partiyası “Gürcü arzusu” hakim koalisiyasını tərk edəcəyi təqdirdə  “Gürcü arzusu” 10 deputat mandatını və nəticədə olaraq  parlamentə çoxluğu  itirmiş olacaq.   ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol