• $
  • €
  • ₽
  • ₺
  • £

Putini nakauta salan qadın kimdir?

Putini nakauta salan qadın kimdir?
16.02.2019 14:14
Bir neçə gün öncə baş tutan Soçi Zirvəsinin ardından Rusiya prezidenti Vladimir Putin idman salonlarından birinə gedərək, milli cüdoçularla görüşüb.


Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, cüdo üzrə qara kəmər sahibi olan Putin paltarını geyinərək tatamiyə çıxıb. 2016-cı ildə qızıl medal qazanan Beslan Mudranovla qarşılaşan prezident rəqibini məğlub edib. Bundan sonra o, qadın cüdoçu Nataliya Kuziutinlə döyüşüb.


Rusiya KİV-lərində Nataliya Kuziutin Putini nakauta salan cüdoçu kimi təqdim edilib. Nataliya onunla döyüşdüyü üçün prezidentə təşəkkürünü bildirib.


Sosial şəbəkə hesabında Putinlə şəklini paylaşan Nataliya bunları yazıb: "Prezident Putinə təşəkkür edirəm. Zirvədə olduqca gərgin müzakirələrdən sonra məşq üçün vaxt tapdı. Ölkəmizin bir nömrəli cüdoçusu ilə bir dəfə daha qarşılaşmaqdan son dərəcə məmnunluq duydum".


Rusiyanın Belarus və Ukrayna ilə sərhəddində yerləşən Bryansk şəhərində doğulub böyüyən Nataliya Kuziutin 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiadasında Rusiyanı təmsil etməyə hazırlaşır. 4 qat Avropa çempionu olan Nataliya ilk beynəlxalq dərəcəsini 2009-cu ildə 19 yaşı olanda Tiflisdə keçirilən Avropa çempionatında alıb. 52 kiloqram çəkidə mübarizə aparan Nataliya 2010, 2014 və 2017-ci illərdə keçirilmiş cüdo üzrə dünya çempionatında bürünc medalın sahibi olub, 2012-ci ildə keçirilmiş London Yaya Olimpiadasında isə ilk turda rəqibinəməğlub olaraq, mübarizəni dayandırıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol