• $
  • €
  • ₽
  • ₺
  • £

Londonda 1 milyon insan küçələrə çıxdı - FOTOLAR

Londonda 1 milyon insan küçələrə çıxdı - FOTOLAR
24.03.2019 09:17
Londonda Böyük Britaniyanın Avropa İttifaqından çıxmasıyla bağlı ikinci referendumun keçirilməsi tələbiylə kütləvi nümayiş keçirilir.

Xarici KİV xəbər verir ki, nümayişə qatılanların sayının bir milyona çatdığı bildirilir.  

Londonlular Britaniya hökumətindən vətəndaşlara "Brexit”in taleyini həll etmək haqqının verilməsini və təkrar referendumun keçirilməsini tələb edirlər. 

Kütləvi aksiyada London meri Sadiq Xan, "Liberal demokratlar” partiyasının lideri Vins Keybl, həmçinin Şotlandiyanın birinci naziri Nikola Sterjden də iştirak edir. 

Nümayişi təşkil edən "Xalqın səsi” ("People's Vote”) ictimai kampaniyası bunu ölkənin Aİ-dən çıxması ilə əlaqədar keçirilən ən irimiqyaslı nümayiş adlandırıb. 
Qeyd edək ki, gələn həftə "Brexit” üzrə növbəti səsvermə keçiriləcək. Əgər britaniyalı deputatlar yeni sazişi dəstəkləsələr, o zaman Britaniya mayın 22-də Aİ-dən çıxacaq. Əks halda, aprelin 12-si baş nazir Tereza Mey hadisələrin necə inkişaf edəcəyinə qərar verməli olacaq. 

"Brexit”lə bağlı yaranmış qeyri-stabil situasiyanın fonunda Böyük Britaniyanın Aİ-dən çıxmasının ləğvini dəstəkləyən petisiya 4 milyon imza toplayıb. 
 









www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol