• $
  • €
  • ₽
  • ₺
  • £

Tacikistanda yeni fitva: Hökuməti tənqid etmək böyük günahdır

Tacikistanda yeni fitva: Hökuməti tənqid etmək böyük günahdır
29.05.2020 08:56

Tacikistan müsəlmanlarının ali dini orqanı olan Tacikistan İslam Mərkəzi yeni fitva verib: “Hakimiyyəti tənqid etmək böyük günah sayılır”.

Fitva hakimiyyəti etibardan salan tənqidə, eləcə də hökumətin ünvanına qərəzsiz mülahizəyə yol verən beynəlxalq təşkilat və KİV-lərlə əməkdaşlığa şamil edilir. Allaha sadiq müsəlmanlara onlarla təmasa girmək və ya hər hansı əlaqədə olmaq rəva görülmür.

Bundan başqa, Üləmalar Şurasının həmin qərarında Tacikistan vətəndaşlarının başqa ölkələrdə döyüş əməliyyatında iştirakı qınanır.

“Camaatı hakimiyyəti devirməyə çağırmaq və təhrik etmək, məqsədləri ölkədəki sabitliyi pozmaq və milli birliyi şübhə altına qoymaq olan yerli və xarici təşkilat, KİV və partiyalarla əlaqə saxlamaq və əməkdaşlıq etmək böyük günah sayılır. Belə əməllərə qatılanlar Allahın qəzəbinə və o dünyada cəzaya düçar olacaq” - deyə İslam Mərkəzinin rəsmi qərarında bildirilir.

Beləliklə, Tacikistan hakimiyyəti artmaqda olan ifratçılıq təsirinə qarşı mübarizə aparır və ölkənin dindarlaşmasının qarşısını almaq istəyir.

Paytaxt Düşənbənin mərkəzi məscidində cümə namazından qabaq minlərlə möminlərə xitabən Tacikistanın baş müftisi Səidmükərrəm Əbdülqadirzadə Liviyanın çağdaş tarixini misal gətirib.

“Budur, Liviya xalqı öz öndəri Müəmmar Qəzzafiyə qarşı çıxış etdi. Bunun axırı nə oldu? Qəzzafinin vaxtında ölkədə minimal əmək haqqı 750 dollar olub. 1 dollara 45 litr benzin almaq olardı. Onu devirdikdən sonra Liviyada hərc-mərclik, qarmaqarışıqlıq, nizamsızlıq, ölüm və qanunsuzluq hökm sürür” - deyə baş müfti bu səhvləri təkrar etməməyə çağırıb.

Ruhani rəsmiləri bundan əvvəl də Tacikistan hakimiyyətinin dəstəklənməsi zərurətindən danışır və hökumətin ünvanına hər hansı tənqidin yolverilməz olduğunu bildirirdilər, lakin indi onlar bununla bağlı xüsusi fitvalarını veriblər.

Tacikistan İslam Mərkəzinin qərarı hüquqi qüvvəyə malik deyil və tövsiyə xarakteri daşıyır, lakin İslam dininin tacik müsəlmanlarının gündəlik həyatında rolunu və ruhanilərin təsirini nəzərə alaraq çoxlarının ruhanilərin tövsiyələrinə qulaq verəcəyini güman etmək olar.

Rəsmi Düşənbənin öz əsas siyasi opponenti hesab etdiyi İslam Dirçəlişi Partiyasını yeni fitva təəccübləndirir.

“Biz dünyəvi dövlətdə yaşayırıq, Şəriət qanunlarına əsasən yaşamırıq ki, bu fitvalar insanlar üçün vacib olsun. İqtidar da ruhanilərin fikirlərinə diqqət verməyə borclu deyil. Lakin başa düşürük ki, bütün bu qərarlar siyasətçilərin bilavasitə iştirakı ilə qəbul olunur” - deyə İslam Partiyası sədrinin I müavini Səidumar Hüseyni bəyan edib.

Qanuna görə, Tacikistan dünyəvi dövlətdir, lakin əslində hakimiyyət çox fəal surətdə dini təsisatların işinə qarışır, xüsusilə məscidlərin imam-xətıbləri seçiləndə həlledici rol oynayır.

“Bu yeni qərarla rəsmi ruhanilər hakimiyyətə qulluq göstərmək istəyiblər. Lakin əks effekt alınıb” - deyə "Ozodon" media-holdinqinin təsisçisi Zəfər Sufi deyir.

Z.Sufinin sözlərinə görə, fitva - “ilk zəng” çox vaxt hakimiyyətin hərəkətlərini tənqid edən jurnalistlərə, KİV-lərə bir növ xəbərdarlıqdır və bu kimi addımlar narahatlıq doğurmaya bilməz.

“Nəticədə jurnalistlərin hüquqlarını ciddi məhdudlaşdıran tamamilə real qanun qəbul olunacağını istisna etmək olmaz” - Z.Sufi güman edir.

Tacikistan hakimiyyəti dindarların haqlarının tapdanması, məscidlərin təftişi və bağlanması, dini partiya və hərəkat tərəfdarlarına qarşı məhkəmə prosesləri və İslam qaydalarına uyğun geyinənlərin və saqqal saxlayanların təqib edilməsinə görə dəfələrlə tənqid edilib.

Bununla belə, müşahidəçilər son illər Tacikistanda dinə marağın artığını deyirlər. İndi hətta qeyri-dindar ailələr öz övladlarını ilahiyyat məktəblərinə göndərirlər .

(Virtualaz.org).

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol