• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir azərbaycanlılardan üzr istədi

Nazir azərbaycanlılardan üzr istədi
22.05.2019 16:09
İranın İdman naziri Məsud Sultanifər azərbaycanlılardan və "Traxtur” tərəfdarlarından üzr istəyib.

Anews.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Cənubi Azərbaycanın Mərənd və Culfan rayonları üzrə İran parlamentindəki millət vəkili Məhəmməd Həsənnəcad informasiya yayıb.

Millət vəkili bildirib ki, nazir azərbaycanlıları və digər etnik qrupları təhqir edən futbol komandalarına qarşı tədbir görəcək.

Qeyd edək ki, bu gün İran Parlamentin Mədəniyyət Məsələləri Komissiyasında idman nazirinin iştirakı ilə iclas keçirilib. İclasın yekununda nazirin deputatların suallarına cavab verməsi üçün parlamentə çağırılması tələbinin məclisə göndərilməsi barədə qərar qəbul olunub.

Məhəmməd Həsənnəcad keçirilən iclasın təfərrüatı barədə məlumat paylaşıb.


"Keçirilən iclasla bağlı mənə çox sayda suallar ünvanlanıb. Ona görə də iclasla bağlı bəzi məsələlərə aydınlıq gətirmək istəyirəm:

1- "Traxtur” tərəfdarlarının "Azadi” stadionu, Rəşt şəhəri və s. kimi yerlərdə təhqirlərə məruz qalması ilə bağlı şikayətlər rəsmi formada təqdim olundu.

2- Dəyərli komanda azarkeşlərinin hakimlərlə bağlı İdman Nazirliyindən şikayəti, "Traxtur” komandasına qarşı təxribat və matçların nəticəsinin öncədən planlaşdırılması haqda etirazları faktlarla dilə gətirildi.

3- Komanda tərəfdarlarına yaradılan imkanlarla bağlı klublar arasında ayrıseçkiliyə yol verilməsi haqda şikayətlər də çatdırıldı.

4- Hörmətli nazir qeyd olunan bütün məsələləri qəbul edərək azərbaycanlılar və "Traxtur” tərəfdarlarından üzr istədi.

5- Komanda ilə bağlı təxribata qarşı məsələyə baxılacaq. Nazir bu barədə gələn həftəyə qədər qərar çıxarılacağına söz verib.

6- Azərbaycanlıları və digər qövmləri təhqir edən komandalar ağır cərimə ödəməli olacaq.

7- Qeyri-adi davranışlar və bu istiqamətdə qanun pozuntularını araşdıran komitə yaradıldı.

8- "Persepolis” və "İstiqlal” klublarının özəlləşdirilməsi prosesinin sürətləndirilməsinə söz verildi.

Bütün bunlara baxmayaraq nazirin millət vəkillərinin suallarını cavablandırmaq üçün parlamentə çağırılması məsələsi hələ də qüvvədədir.”- deyə o qeyd edib.

Milət vəkili verilən vədlərin konkret olaraq nə zaman və hansı formada həyata keçiriləcəyi barədə dəqiq məlumat verməyib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol