• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə prezidentini seçir

Türkiyə prezidentini seçir
10.08.2014 09:30

Bu gün Bakı vaxtı ilə saat 10:00-da Türkiyədə ölkə tarixində ilk dəfə birbaşa prezident seçkiləri başlayacaq. 

2014 Türkiyə Prezident Seçkisi (türk. 2014 Türkiye cumhurbaşkanlığı seçimi) — Hazırki prezidenti Abdullah Gülün səlahiyyət müddətinin 28 avqust 2014-cü sona çatması və yerinə gələcək 12-ci prezidentini müəyyən etmək üçün keçirilməli olan seçkidir. 

ANS PRESS-in məlumatına görə, seçki tarixi, Türkiyə Ali Seçki Komissiyası (YSK) tərəfindən ilk turu 10 avqust 2014-cü il bazar günü, seçkinin ikinci tura qalması vəziyyətində isə ikinci səsvermə 24 avqust 2014-cü il bazar gününə təyin olunub. Xaricində yaşayan türklər üçün olduqları ölkədə səs istifadə etmə tarixləri ilk tur üçün 31 iyul - 3 avqust 2014-cü il, ikinci dövr seçimi isə 17-20 avqust 2014-cü il olaraq açıqlanıb.

Namizədlərdən heç biri səslərin 51 faizini toplaya bilməsə, avqustun 24-də ikinci tur keçiriləcək. Prezident seçkisinin ikinci turu keçiriləcəyi halda, Azərbaycanda səsvermə avqustun 17-də baş tutacaq.

Türkiyə baş naziri ölkədə keçiriləcək ilk birbaşa prezident seçkisinində favorit hesab edilir. Rəcəb Tayyip Ərdoğan deyib ki, əgər bazar günü keçiriləcək seçkilərdə qalib gəlsə, konstitusiyada dəyişikliklər həyata keçirərək icraedici prezidentliyin əsasını qoyacaq. İndiyədək Türkiyədə prezident simvolik dövlət başçısı hesab edilib.

Bununla yanaşı Ərdoğan deyib ki, o, Türkiyənin mövcud qanunlarına əsasən, prezidentə tam prezidentlik səlahiyyətləri verə bilər. O, buraya parlamentin çağırılması, kabinetin iclaslarının çağırılması, baş nazir, nazirlər şurası və bəzi ali məhkəmə hakimlərinin təyinatı kimi səlahiyyətlər daxil ola bilər.

Ərdoğanın əsas rəqibi Ekmələddin İhsanoğlu isə prezidentin ənənəvi rolunu icra edəcəyinə söz verib.

Üçüncü namizəd Kürd Xalq Demokratik Partiyası tərəfdarı Səlahəddin Dəmirdaşdır.

Ərdoğanın kampaniya şüarı "Xalqın iradəsi, Xalqın gücü"dür. O deyir ki, bazar günü keçiriləcək seçkilərin nəticələrindən asılı olmayaraq, artıq Türkiyə əvvəlki kimi olmayacaq.

ANS PRESS 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol