• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada itkin düşən azərbaycanlılardan xəbər var

Ukraynada itkin düşən azərbaycanlılardan xəbər var
01.08.2014 17:45

Luqanskda Azərbaycan diasporunun rəhbərlərindən biri Telman Cəfərov qətlə yetirilən zaman itkin digər üç nəfərin yeri məlum olub.

 

İtkin düşənlərdən biri, əslən Bakıdan olan Ukrayna vətəndaşı Mahir Qəhrəmanovun qardaşı Əbülfət Qəhrəmanov APA-ya açıqlamasında deyib ki, qardaşı və onunla birgə itkin düşən Nurlan və Eldar adlı azərbaycanlılar hazırda Kamenko kəndi yaxınlığında separatçıların mühasirəsindədirlər.

 

Mahir Qəhrəmanov ötən gün qardaşına zəng edərək bu barədə məlumat verib və mühasirədən çıxa bilmədiklərini deyib.

 

Mahir Qəhrəmanov onların gözü qarşısında güllələnən Telman Cəfərovun meyitinin harda olmasından xəbərsiz olduqlarını bildirib: “Dedi ki, onun maşının yandırıldığını görüblər. Amma meyitin maşından götürülüb-götürülmədiyini görə bilməyiblər”.

 

Qeyd edək ki, Telman Cəfərov avtomobilində olan zaman separatçıların hücumuna məruz qalaraq qətlə yetirilib.

 

Xatırladaq ki, iyulun 30-da Ukraynanın Luqansk vilayətinin Azərbaycanlılar Konqresinin sədr müavini Telman Sədi oğlu Cəfərov separatçılar tərəfindən güllələnərək öldürülüb.

 

Hadisə axşam saatlarında Luqansk yaxınlığındakı Kamenko kəndinin ətrafında baş verib. T. Cəfərovun meyiti separatçıların nəzarəti altında olan ərazidə qalıb və hələlik meyiti götürmək mümkün olmayıb.

 

T. Cəfərovla birgə Mahir, Nurlan və Eldar adlı azərbaycanlılar isə separatçıların açdığı atəş nəticəsində yaralanıblar. Onların itkin düşdüyü bildirilir. Məlumata görə, T. Cəfərov və onun azərbaycanlı tanışları həmin ərazidə fermer təsərrüfatlarına aid heyvanları  çıxarmaq istəyəndə hücuma məruz qalıblar.

 

 Azərbaycanın Ukraynadakı səfirliyinin Konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA-ya hadisə ilə bağlı araşdırma aparılacağını deyib.

 

Qeyd edək ki, Ukrayna vətəndaşı olan 1961-ci il təvəllüdlü Telman Cəfərov əslən Bakıdandır.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol