• $
  • €
  • ₽
  • ₺
  • £

Bədənin daxilində 16 il işləyən elektron implantat yaradıldı

Bədənin daxilində 16 il işləyən elektron implantat yaradıldı
09.07.2014 21:38
Növbəti ildə ABŞ-ın “MicroCHIPS” şirkəti tərəfindən yaradılan yeni elektron implantatın klinik sınaqlarına başlanacaq.20 х 20 х 7 mm ölçüyə malik miniatür qurğu simsiz rabitə ilə idarə olunur və insan orqanizminə kiçik dozada dərman vurur. Cihazın istismar müddəti 16 il təşkil edir. İstismar prosesində cihazı insanla xəstəxanaya getmədən asanlıqla aktivləşdirmək mümkündür.Dərmanın vurulması prosedurunun həyata keçirilməsi texniki baxımından maraq doğurur. Belə ki, dərman titan-platin materialdan ibarət membranlı germetik mikrorezervuarlarda saxlanılır. Elektromaqnit sahəsinə düşən membrana əriyərək bir doza dərman buraxır. Çipdəki kontaktlar elə şəkildə yerləşdirilib ki, rezervuarlar növbə ilə boşalsın.Həkim istismar zamanı dərmanın dozasını dəyişməklə implantatı uzaq məsafədən proqramlaşdrımaq imkanına malikdir.İmplantatın köməyi ilə orqanizmə müxtəlif dərmanları daxil etmək mümkündür, lakin onun ilk və başlıca tətbiqi levenogestrel (Levonorgoestrelum) maddəsinin qadın orqanizminə vurulması olacaq. Bu progestrondan hormonal kontraseptivlərdə aktiv komponent kimi istifadə olunur. Gündəlik dərman dozası 30 mikroqram təşkil edir ki, bununla da 16 illik ehtiyat asanlıqla rezervuarlara yerləşdirilir.  "MicroCHIPS” şirkəti üçüncü dünya ölkələrində doğum sayını qorumaq üzrə müxtəlif proqramları fəal şəkildə maliyyələşdirən “Gates Foundation” xeyriyyə fondundan investisiyalar cəlb edib.Klinik sınaqlar uğurlu olsa, qurğunun satışa 2018-ci ildə çıxarılması planlaşdırılır.//İctnews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol