• $
  • €
  • ₽
  • ₺
  • £

NATO-dan Rusiyaya xəbərdarlıq

NATO-dan Rusiyaya xəbərdarlıq
25.06.2014 14:44
NATO-nun baş katibi Rasmussendən “genişlənə bilərik” açıqlaması gəldi. 
ANS PRESS-in məlumatına görə, NATO Xarici İşlər Nazirləri yığıncağında çıxış edən Rasmussen, "açıq qapı" siyasətini və İttifaqa qoşulma niyyəti olan dörd ölkədən danışdı.
NATO-nun baş katibi Anders Foq Rasmussen “NATO-nun qapıları açıq olaraq qalır və heç bir üçüncü ölkə NATO-nun genişləməsi üzərində vetoya sahib deyil”, - deyə açıqlama edib. 
Gürcüstan, Bosniya və Herseqovina, Makedoniya və Çernoqoriya NATO üzvü olmaq istəyən ölkələrdir. Rusiya isə NATO-nun hər cür genişləmə addımını, xüsusilə də sərhədlərinə yaxın bölgələr söz mövzusu olduğunda özünə qarşı atılmış bir addım və zamanla da təhlükə olaraq görür.
Genişləmənin həm qatılan ölkələr, həm də NATO baxımından yaxşı nəticələr verəcəyini söyləyən Rasmussen 4-5 sentyabrda Uelsdə keçiriləcək NATO sammitində bu məsələnin danışılacağını bildirib. O, çıxışında "Qapıdan keçmələri üçün ehtiyacları olan dəstəyi verəcəyik”, - deyə 4 aktiv NATO üzvü olmaq istəyən ölkələrə işarə etdi.
Yığıncağın bu günki hissəsində ortaq müdafiə xəttini gücləndirmə məqsədiylə alınan tədbirlərin nəzərdən keçiriləcəyini ifadə edən Rasmussen, "Uels Zirvəsi təhlükəsizlik baxımından kritik bir mərhələdə Şərqi Avropa və Orta şərqdən köhnə və yeni təhdidlərlə qarşı-qarşıya olduğumuz bir dövrdə edilir", - deyə bildirdi.
NATO Xarici İşlər Nazirləri Toplantısının bugünki iclasında zirvə hazırlıqlarından əlavə Ukrayna mövzusu detallı şəkildə müzakirə olunacaq. Nazirlərin Ukraynada baş verənlərlə əlaqədar əməkdaşlığın təxirə salındığı Rusiya ilə əlaqələri nəzərdən keçirməsi və bundan sonra atılacaq addımlara qərar verməsi nəzərdə tutulur.
Əfqanıstandakı mövcud və gələcək əməliyyatlar da yığıncağın əhəmiyyətli gündəm mövzuları arasındadır.
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol