Erməni general: 1500 erməni əsgər fərrarilik etdi

Ötən gün tutduğu vəzifədən istefa verən Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi, general-polkovnik Movses Akopyan istefasının səbəbləri barədə mətbuata açıqlama verib.
Bu barədə "Sputnik Ermənistan” məlumat yayıb.
O qeyd edib ki, N.Paşinyanın həyat yoldaşını hərbçilərin komanda məntəqəsində görüb:
"Ona dedim: burada kişilər danışır, söyüş söyürlər. O isə "yaxşı” dedi. Dörd saatdan sonra məni müdafiə naziri ilə görüşmək üçün İrəvana çağırdılar. Qarabağa qayıdacağım ümidi ilə oraya yollandım. Ancaq nazir mənə dedi ki, daha ora getməməliyəm”, - general-polkovnik bildirib.
Ötən gün istefa ərizəsini yazmış M.Akopyanın sözlərinə görə, 44 günlük müharibə ərzində yayılan yalanlar Ermənistanı dərin böhrana salıb:
"Müdafiə Nazirliyinin İnformasiya Mərkəzinin vəzifələrindən biri düşməni yanıltmaq idi. Ancaq bir standart var: yalan 30 faizi keçməməlidir. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatların isə 100 faizi yalan idi”.
İstefada olan general Ermənistan ordusundakı fərarilikdən də danışıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 