İstanbulda maskalılar aranı qarışdırdı
Türkiyənin İstanbul şəhərində növbəti icazəsiz aksiya iğtişaşlara çevrilib. ANS PRESS-in məlumatına görə, Diyarbəkirin Lice rayonunda Türkiyə bayrağının bir nümayişçi tərəfindən endirilməsinə qarşı etirazlara dəstək vermək üçün bir qrup üzü maskalı şəxs İstanbulun Okmeydanı ərazisində toplaşıb. İğtişaşlar törədən etirazçılar polisə daş, fişəng və Molotoff kokteyli atıblar. Molotoff kokteyllərindən biri zirehli polis maşınının yanmasına səbəb olub. Yanğın toplu-müdaxilə maşınlarının su şırnağı ilə söndürülüb. İğtişaşların baş verdiyi yerin qarşısındakı parkda istirahət edən sakinlər isə baş verənləri günəbaxan tumu çırtlayaraq izləyib.ANN.Az

Instagram
Bizi Instagramda izləyin
Keçid etOxşar xəbərlər
Dünya 23:49 Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:18 Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 22:50 SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 21:25 Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 20:26 Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 18:23 Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 17:43 Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:02 Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 16:46 İranda COVID-19-a yoluxma artır