• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni ekspert ölkəsinin uğursuzluqlarını sadalayıb

Erməni ekspert ölkəsinin uğursuzluqlarını sadalayıb
28.12.2020 15:45
"Ermənistan İkinci Qarabağ müharibəsində 5 minə yaxın canlı qüvvə itirib, 10 minə yaxını yaralanıb, təxminən 2 min nəfər itkin, 300 nəfər əsir düşüb”.

"Report” "Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Strateji Araşdıma Mərkəzinin direktoru Tiqran Arutyunyan baş nazir Nikol Paşinyanın 2,5 illik hakimiyyəti ilə bağlı feysbuk səhifəsində bildirib.

O, Ermənistanın uğursuzluqları ilə bağlı 11 fakt açıqlayıb.

Ermənilər hələ də iddia edirlər ki, Qarabağ və 30 ilə yaxın işğal altında saxladıqları torpaqlar onlara məxsusdur. Mərkəz direktoru hesabatda Ermənistanın ərazisinin 42 min kv km-dən 25 min kv km-dək azaldığını və Azərbaycanla sərhədin uzunluğunun 500 km-dək artdığını qeyd edib. Təəssüf ki, bəzi dövlətlər də ermənilərin bu avantürasına uyaraq Azərbaycanın işğaldan azad etdiyi ərazilərini ermənilərin öz evlərini tərk etməsi kimi qələmə verirlər. Bu müharibədə ermənilər Azərbaycan torpaqlarından çıxarılıb.

Ekspert bildirib ki, ötən 2,5 ildə Ermənistan iqtisadiyyatına sərmayə qoyuluşu "0”, xarici borc 8 mlrd ABŞ dollar, adambaşına düşən ümumidaxili məhsulun həcmi 7,5 faiz olub: "İri qızıl yatağı, enerji ehtiyatların 15 faizi, kənd təsərrüfatına yararlı torpaqların 10 faizi itirilib”.

T.Arutyuyan bildirib ki, Ermənistanda pandemiyaya qarşı mübarizə iflasa uğrayıb: "Koronavirusdan 3 min nəfər ölüb. Bu dünya üzrə ən pis götəricidir”.

O, təhsil sistemində də kollaps olduğunu vurğulayıb. Müəllif Sünik (Zəngəzur) vilayətindən 40 minə yaxın qaçqın olacağını bildirib.

T.Arutyuyan Ermənistan cəmiyyətinin parçalandığını və psixoloji cəhətdən sındığını qeyd edib.

O yazıb ki, Polis və Milli Təhlükəsizlik Xidmətinin yenidən qurulmasına baxmayaraq öz səlahiyyətlərinin icra edə bilmir.

Baş verən uğursuzluqlarında Azərbaycanı da ermənisayaq ittiham edən ekspert yazıb: "Ermənistanın beynəlxalq arenada subyektivliyin itirməsi, beynəlxalq münasibətlərin siyasi xəritəsindən silinməsi, yaxşı və sadəcə neytral əlaqələri olan müttəfiq ölkələri itirməsi”.

O sonda bildirib ki, Ermənistanın pis vəziyyətə düşməsi üçün Nikol daha nəyi etməyib?

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol