• $
  • €
  • ₽
  • ₺
  • £

İranda 4 nəfər edam olunub

İranda 4 nəfər edam olunub
02.03.2021 10:45
İranda dövlətə qarşı qiyam qaldırmaqda ittiham olunan 4 nəfər edam edilib.

 "TRT Haber” xəbər verir ki, İran məhkəməsi ölkənin İnsan Hüquqları Müdafiə Agentliyinin (HRANA) fəalları Casim Heydəri, Əli Hosarci, Hüseyn Silavi, Nasir Nafacian barəsində ölüm hökmü verib.


Hökm Xuzistan əyalətinin Əhvaz şəhərindəki Sepida həbsxanasında icra olunub.


Onlar 2017-ci ildə Əhvazda iki polis məntəqəsinə hücum etməkdə ittiham olunublar. Məlumata görə, Casim Heydəri, Əli Hosarci, Hüseyn Silavi bu il yanvarın 28-də edam edilən Əli Matiri ilə görüşün qadağan edilməsinə və həbsxana rəhbərliyinin onunla pis rəftarına etiraz olaraq dodaqlarını tikmişdilər.


İranın təhlükəsizlik orqanlarına yaxın mənbələr bəzi KİV təmsilçilərinə bildirib ki, yuxarıda adları qeyd olunan 4 nəfər "terrorçu fəaliyyətinə” görə edam olunublar.


İranın İRNA dövlət agentliyinin məlumatına əsasən, Casim Heydəri, Əli Hosarci, Hüseyn Silavi və Nasir Nafacian Əhvaz Milli Dirəniş (Müqavimət) Təşkilatı adı altında fəaliyyət göstərən Əl-Əhvaziyyə (Əhvaz Azadlıqsevər Ərəb Hərəkatı) qruplaşmasının "əsas kadrları” sayılırlar. Onların Suriyada fəaliyyət göstərən "Əl-Nusra” qruplaşması ilə əlaqəsi olduğu iddia olunur.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol