Marsda ilk tarixi uçuş olub

Amerika Milli Kosmik Araşdırma Agentliyinin (NASA) Marsdakı "İngenuity” adlı kəşfiyyat helikopteri ilk yoxlama uçuşunu uğurla reallaşdırıb.
Məlumatı Türkiyənin NTV telekanalı yayıb.
Bildirilib ki, NASA-nın "Perseverance” adlı aparatla Marsa göndərdiyi 1,8 kq-lıq mini helikopter ilk yoxlama enmə və qalxma uçuşunu edib. Helikopter 30 saniyə müddətinə 3 metr hündürlükdə uçub. Kaliforniyadakı mərkəzdən uçuşa nəzarət edilib. Mini helikopterin görüntüləri ictimai şəbəkədə paylaşılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















