• $
  • €
  • ₽
  • ₺
  • £

“Qarabağ zəfəri” sərgisi açılıb

“Qarabağ zəfəri” sərgisi açılıb
29.06.2021 20:30
Qırğızıstanın paytaxtı Bişkek şəhərindəki ən iri təhsil müəssisələrindən olan Qırğızıstan-Türkiyə Manas Universitetində "Qarabağ zəfəri” adlı sərginin açılışı olub.

Azərbaycan Respublikasının Qırgızıstan Respublikasindakı Səfirliyindən "Report”a verilən məlumata görə, tədbirdə respublikamızın Qırğızıstandakı səfiri Hidayət Orucov, Qırğızıstan parlamentinin deputatları, bu ölkədə akkreditə olunmuş səfirlər, diplomatik nümayəndəliklərin əməkdaşları, elm, mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələri, universitetin professor-müəllim heyəti, tələbələr, diasporumuzun üzvləri iştirak ediblər.

İlk olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan, Qırğızıstan və Türkiyənin dövlət himnləri oxunub. Bakı Media Mərkəzinin çəkdiyi "Azərbaycan Ordusunun Zəfər Paradı” adlı qısametrajlı film nümayiş olunub.
Tədbiri açan Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru professor Alpaslan Ceylan Azərbaycanın 30 illik Qarabağ işğalına son qoyan qəhrəman ordusunu təbrik edib, Qarabağın azadlığı uğrunda mübarizədə şəhid olanlara Allahdan rəhmət diləyib, xalqımıza başsağlığı verib, qazilərimizin tezliklə sağalmasını arzulayıb. Rektor Azərbaycan-Türkiyə birliyi dostluq və qardaşlıq bariz nümunəsi olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən səfir Hidayət Orucov bildirib ki, 30 mart 2019-cu ildə Ermənistan müdafiə naziri David Tonoyan Nyu-Yorkdakı erməni icması ilə görüşündə "sülh üçün ərazi" yanaşmasının tətbiq edilməyəcəyini və yeni yanaşma "Yeni ərazilər üçün yeni bir müharibə" tətbiq olunacağının söyləməsi, 5 avqust 2019-cu ildə Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın "Cıdır düzü"ndə sərxoş vəziyyətdə rəqs etməsi, habelə "Qarabağ Ermənistandır və nöqtə" deməsi, ümumiyyətlə bu ölkənin siyasi-hərbi rəhbərliyinin digər ağlasığmaz təxribatçı hərəkətləri işğalçı ölkənin hələdə törətdiyi cinayətləri dərk etmədiyini dünyaya göstərib.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm uğurlarımızın ən başlıca səbəbi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verib. Nəticədə həm sürətlə irəliləyib, işğal altındakı ərazilərimizi yağılardan təmizləyib, həm də düşmənin bütün hərbi texnikasını darmadağın edib, canlı qüvvəsinə ciddi zərbə vurub. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə gerçəkləşdirib.

Türkiyə Respublikasının Qırğızıstandakı səfiri Əhməd Sadık Doğan çıxışında Azərbaycan xalqının haqlı olduğunu və müharibədə haqlı qələbə qazandığını söyləyib. Səfir Azərbaycan xalqını və türk dünyasını böyük tarixi hadisə münasibətilə təbrik edib.

Sonra Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru professor Alpaslan Ceylan, səfir Hidayət Orucov və Türkiyə Respublikasının ölkədəki səfiri Əhməd Sadık Doğan sərginin qırmızı lenti kəsiblər.

İştirakçılar rəşadətli ordumuzun zəfər yollarını əks etdirən sərgi ilə tanış olublar.




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol