• $
  • €
  • ₽
  • ₺
  • £

“Qanuni oğru”ların müharibəsi başlayır

“Qanuni oğru”ların müharibəsi başlayır
26.05.2014 09:39
Soçi Olimpiadası zamanı Rusiyadan çıxaraq Avropaya üz tutan “qanuni oğru”lar Rusiyaya geri qayıtmağa başlayıb.ANS PRESS-in məlumatına görə, Rusiya KİV ölkədə kriminal həyatın yenidən canlandığını yazır. Son ayda Avropadan Rusiyaya 50 “qanuni oğru”nun qayıtdığı deyilir. Demək olar ki, hər həftə “kriminal generallar” “sxodka” təşkil edərək haqq-hesab çürüdürlər. Rusiya mafiyasının “əfsanəsi” sayılan Aleksandr Severovla (“Saşa Sever”) Sergey Volkov (“Volçok”) arasında “müharibə” qızışmaqdadır. 10 dəfə məhkumluq yaşamış “Saşa Sever” Tver vilayətinin kriminal dairəsində “boss” kimi qəbul olunurdu. Ancaq 10 ildən çoxdur “Saşa Sever”lə rəqabət aparan “Volçok”un bununla barışmaq fikrində olmadığı deyilir. Ancaq bu iki “qanuni oğru”nun rəhbərlik etdiyi klanla mübarizə aparacaq daha bir qruplaşma formalaşmaqdadır. Bu klana “Edik Osetrin”in rəhbərlik etdiyi deyilir. Onu son zamanlar çeçen “qanuni oğru” İslam Edilqireyevlə bir yerdə görürlər. Yeri gəlmişkən, İslam vaxtilə məşhur “qanuni oğru” “Ded Hasan” tərəfindən “titul” alıb. Çeçen “qanuni oğru” son günlər “Ded Hasan”ın snayperlə vurularaq öldürüldüyü “Köhnə fayton” restranında görünür. Ancaq mayın 19-da restoranın tamamilə bağlanmasından sonra ona başqa məkan tapmaq gərək olacaq. Uzun sözün qısası, Soçi Olimpiadası ərəfəsində Rusiya hüquq-mühafizə orqanları rəhbərlərinin kriminal aləmin liderləri ilə danışıq apararaq nail olduqları “atəşkəs dövrü” bitməkdədir. Yeni kriminal müharibə gözlənilir.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol