• $
  • €
  • ₽
  • ₺
  • £

Donetsk və Luqanskda referendum keçirir

Donetsk və Luqanskda referendum keçirir
29.05.2020 10:44

Bu gün Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətlərində özünütəyin haqqında referendum keçirilir. 

ANS PRESS-in məlumatına görə, səsvermə Kiyev rəhbərliyinin ölkənin şərqində həyata keçirdiyi xüsusi-əməliyyatlar fonunda keçiriləcək. Donetsk və Luqansk vilayətlərində federallaşmanın tərəfdarları referendumu aprel ayında qondarma Donetsk xalq respublikası və Luqansk xalq respublikasının elan edilməsi ilə əlaqədar keçirirlər.

Donetsk vilayətində referenduma çıxarılan sual belə səslənir: "Siz Donetsk xalq respublikasının müstəqilliyi haqqında Aktı dəstəkləyirsinizmi?". "Bəli" və "Xeyr" cavab variantlarının olduğu sual ukrayna və rus dillərində çap edilib. Donetskdə yerli vaxtla saat 8:00-da başlayan səsvermə 1540 seçki məntəqəsində keçiriləcək. 

Luqansk vilayətinin sakinləri isə "Siz Luqansk xalq respublikasının dövlət müstəqilliyinə dair Aktı dəstəkləyirsinizmi?" sualına cavab verməli olacaqlar. Hər iki vilayətdə referendumun ilkin nəticələri mayın 12-si səhər saatlarında elan ediləcək. 

Qeyd edək ki, Ukraynanın şərqində referendum rəsmi Kiyevin narazılığı fonunda keçirilir. Rusiyadan olan müstəqil müşahidəçilər də referendumun gedişatını izləməkdən imtina ediblər.

ANS PRESS

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol