• $
  • €
  • ₽
  • ₺
  • £

Misirdə 10 islamçıya edam cəzası verildi

Misirdə 10 islamçıya edam cəzası verildi
30.01.2022 21:26
Misir Ali Dövlət Təhlükəsizlik Məhkəməsi təhlükəsizlik qüvvələrinə hücum etmək və infrastrukturu dağıtmaq üçün silahlı qruplar yaratmaqda təqsirləndirilən 10 nəfəri edam cəzasına məhkum edib.

"Qafqazinfo” xəbər verir ki, bu barədə "MENA” agentliyi məlumat yayıb. Bildirilir ki, ölüm cəzası alanlar polis əməkdaşlarına hücum etmək üçün silahlı qruplaşmalar yaratmaqda, habelə ictimai obyektləri, o cümlədən elektrik xətlərini və transformatorları dağıtmaqda ittiham olunurlar.

2015-ci ilin iyununda baş prokuror Hişam Bərəkət tərəfindən ittiham olunanlara qarşı cinayət işi açılıb. 

"Helyan briqadaları” alanan iş üzrə ümumilikdə 215 nəfər iştirak edib, onlardan bəziləri axtarışdadır. Məhkəmə qərarında xüsusilə qeyd edilib ki, müttəhimlər 2013-cü ilin avqustundan 2015-ci ilin fevralına qədər dövlət sistemini sarsıtmaq üçün Qahirə və Giza əyalətlərində fəaliyyət göstərən yeraltı şəbəkəyə rəhbərlik ediblər, təhlükəsizlik qüvvələrinə qarşı silahlı hücumlar həyata keçiriblər və dövlət əmlakına ziyan vurublar. 

Hökmlər ilkin xarakter daşıyır və ölkədə qüvvədə olan qanunvericiliyə uyğun olaraq respublikanın Ali Müftisinə göndəriləcək, o, həm onları təsdiq edə, həm də rədd edə bilər. Lakin onun qərarı məsləhət xarakteri daşıyır. Yekun hökmlər məhkəmənin iyunun 19-da keçiriləcək iclasında elan olunacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol