“Skype” Rusiyada qadağan edilir

Rusiyada qəbul edilmiş yeni qanun layihəsinə görə, istifadəçilər barədə məlumatları Rusiya ərazisində saxlamayan xarici internet-servislər bağlana bilər. ANS PRESS-in məlumatına görə, “antiterror” qanunu bu gün Rusiya Dövlət Dumasında üçüncü oxunuşda qəbul edilib. Ekspertlərin qiymətləndirilməsinə görə, xarici şirkətlər yeni qanunu yerinə yetirməzlərsə, onların Rusiyada fəaliyyəti dayandırıla bilər. Yeni qanuna görə, “Gmail” və “YouTube”un sahibi olan “Google” və “Skype”ın sahibi olan “Microsoft”, həmçinin “Facebook” öz istifadəçilərinin yazışmasının Rusiyada yerləşən serverlərdə saxlamalıdırlar. Yəni “Yandeks”, “Mail.ru”, “Rambler” və “VKontakte” kimi davranmalıdırlar.ANNET.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















