• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin daha bir dəbdəbəli evinin üstü açılıb - ARAŞDIRMA

Prezidentin daha bir dəbdəbəli evinin üstü açılıb - ARAŞDIRMA
24.06.2022 05:56
Rusiya Prezidenti Vladimir Putinin Kareliyada Ladoqa gölünün sahilində ərazisində  pivə zavodu və "can əti" istehsalı üzrə fermanın yerləşdiyi dəbdəbəli mülkü aşkar edilib. 

Bu barədə məlumat OCCRP və Meduza-nın cümə axşamı, iyunun 23-də dərc etdiyi birgə aşdırmada yer alıb. 

Əmlakın layihəsini hazırlayan memarlıq agentliyinin saytında bu dəbdəbəli tikili "Balıqçı daxması" kimi  adlanırılıb.  Evin araşdırma sahiblərini təbirincə desək "rus diktatoru" ilə bağlı olması faktı barədə 2016-cı ildə "Dozhd” telekanalı ilk dəfə məlumat verib.  Onun əməkdaşları müəyyən ediblər ki, bina və ona bitişik ərazi Putinin dostu, putinin bankı adlanan "Rossiya" bankının  əsas səhmdarı Yuri Kovalçukun nəzarətində olan şirkətlərə məxsusdur.

OCCRP jurnalistlərinin bildirdiyinə görə, şirkətlər LLCInvest.ru ümumi elektron poçt domenindən istifadə edir. Bu domenin bazası "Rossiya" bankı ilə əlaqəli şirkətlərin serverində yerləşdirilib və Putinin əlaltıları ilə əlaqəsi olan onlarla firmanı özündə birləşdirir. LLCInvest.ru şəbəkəsindən olan şirkətlər, həmçinin Putin ilə bağlı Gəlincikdəki saraya və Rusiyanın şimal-qərbindəki istirahət evinə nəzarət edirlər.
 


Jurnalistlər "Balıqçı daxması"nı abadlaşdıran iki tikinti şirkətindən sızan minlərlə məktuba giriş əldə edib. Bu məktublarda  binanın  planı, rəsmlərı, dizayn layihələri və s. öz əksini tapıb.

Peyk görüntülərinə görə, əsas şüşə və taxtadan inşa edilən binanın tikintisi 2012-ci ilin avqustunda bitib. 2013-cü ildə  körfəzin digər tərəfində başqa Rosreestr-də "anbar" adı altında qeydiyyata alınan başqa bir dəbdəbəli binanın tikintisinə başlanılıb. Lakin binanın planına baxdıqda bunun taxıl anbarı ilə heç bir əlaqəsi olmadığını bilmək çətin deyil. 

Jurnalistlərə məlum olub ki, bu, dalğavari damı olan ikimərtəbəli bina daha çox qonaqların qəbulu üçün nəzərdə tutulub. Bina 200 kvadratmetrdən çox geniş açıq planlı yaşayış sahəsinə malikdir. Evin mətbəxində isə dəbdəbəli restoranlarda olduğu kimi manqal, kazan, təndir, tepan və hisə vermə qurğusu var.

Evin ərazisində  gündəlik gücü 47 litr olan pivə zavodu da  yerləşir. Bu zavod 345 min avro dəyəri olan Avstriya avadanlığı ilə təmin edilib. İkinci mərtəbədə Ladoqa gölünə mənzərəsi olan çay evi,  iki hovuz və buxtaya axan təbii şəlaləyə aparan yol inşa edilib. Yolun sonunda güləfrəngi tikilib.  Şəlalə əvvəllər turistlər üçün açıq olsa da  indi adi adamarın üzünə  bağlıdır.
 


OCCRP-nin məlumatına görə, 2015-ci ilin iyununda tikinti işlərinin smeta dəyəri 187 milyon rubl olub və mebel, bitirmə, işıqlandırma və ya memarlıq və dizayn xərclərini daxil etməyib.

"Balıqçı daxması"na bitişik ərazidə  kənd təsərrüfatı təyinatlıdır.  Burada forel balığının yetişdirildiyi vətəgə və iri buynuzlu amal qara yetişdirmək üçün ferma  yerləşir. Yerli sakinlərinin jurnalistlərə verdiyi məlumata görə, bildirib ki, "bağ evin”də hörmətli qonaqlar olmayanda mühafizəçilər sakinlərə diri forel satırlar. 

2021-ci ildə burada ərazisi 600 kvadrat metr olan  iki mərtəbəli mətbəx inşa edilib. Onun birinci mərtəbəsində balıq, ət və tərəvəz saxlamaq üçün anbar, soyuq və isti yeməklər, həmçinin şirniyyat hazırlamaq üçün zona yerləşir. İkinci mərtəbə isə mətbəxdə çalışan işçilər yataq otaqları üçün nəzərdə tutulub. 

İctimai fəalların sözlərinə görə, 2021-ci ildə Ladoga  milli parkından Putinin bağ evinə gedən yolu boyu ağacları kəsməyə başlayıblar və həmin il o ərazidə yeni evin tikintisinə başlanılıb. 

Jurnalistlər bildirir ki, bağ evi "Balıqçı daxması" adlansa da onun divararı lazurit və labradorit  qiymətli daşları ilə bəzədilib, döşəməsinin  böyük hissəsi isə  Fior di Bosco mərməri ilə döşənib.  Evdə  altı hamam var və hər birində quraşdırılan hamam avadanlıqların qiyməti 3 milyon rubldan çoxdur.  Birinci mərtəbədə altı yataq otağı var, binanın mərkəzində isə üst mərtəbədən dekorativ şəlalənin axdığı hovuz düzəldilib. 
 

 

2021-ci ilin dekabrında Kareliyada orta əmək haqqı 64 min rubl olub.  "Bağ ev"ində quraşdırıan bir duşun qiyməti orta əmək haqqından daha bahadır. 

Araşdırmaçılara  müsahibə verən  memarların fikrincə,  belə bir layihənireallaşdırmaq üçün  yalnız qeyri-məhdud büdcəyə malik olmaq lazımdır.  Sənədə əsasən, layihə Rusiyanın elit memarlıq agentliyi sayılan FullHouseDesign tərəfindən hazırlanıb. Şirkətin sahibi jurnalistlərə belə bir obyekti layihələndirdiklərini xatırlamadığını və onun mümkün isə göstərdi ki, yalnız bu ölçülü bir ev üçün dizayn layihəsinin minimum dəyəri 12 milyon rubl təşkil edir.

Kreml Putinin  bu obyektlərə və ya LLCInvest şirkətlərinə bağlı olduğunu inkar edir. Yerli sakinlərin sözlərinə görə, buxtaya keçid adətən açıq olur. Amma mühüm qonaqların gəlişi zamanı Federal Mühafizə Xİdməti əməkdaşları tərəfindən yolun bağlandığını bildirirlər. 
 
N.Təbrizli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol