• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya 38 000 hərbçisini itirib

Rusiya  38 000 hərbçisini itirib
15.07.2022 10:24
Fevralın 24-dən iyulun 14-ə kimi Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 38 minə qədər canlı qüvvə itirdiyini bəyan edib. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilib.

Qərargahdan verilən məlumata görə,  Rusiya Ordusunun 1 672 tank, 3 866 zirehli döyüş maşını, 842 artilleriya sistemi, 247 reaktiv yaylım atəşi sistemi, 109 hava hücumundan müdafiə sistemi, 220 təyyarə, 188 helikopter, 681 PUA, 155 qanadlı raket, 15 gəmi, 2 731 avtomobil texnikası və avtosistern, 67 xüsusi texnikası məhv edilib.

Rusiya ordusu Kramatorsk şəhəri istiqamətində daha çox  itki verib.

Rusiyanın Müdafiə Nazirliyi son aylar Ukraynada verdiyi itkilərin sayını açıqlamır.

Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.
 
Ləman Qasımova
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol