• $
  • €
  • ₽
  • ₺
  • £

Boeing təyyarə satışını 1,4 dəfə artırıb

Boeing təyyarə satışını  1,4 dəfə  artırıb
11.01.2023 12:31
Amerika təyyarə istehsalçısı "Boeing Co.” 2022-ci ildə müştərilərə kommersiya təyyarələrinin satışını 1,4 dəfə artıraraq bir il əvvəlki 340 laynerdən 480-ə çatdırıb. 

Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, satılan təyyarələrin  əsas hissəsi, yəni 387 təyyarə Boeing7 37 laynerinin payına düşüb.

Dördüncü rübdə Boeing müştərilərə 152 təyyarə, o cümlədən 110 ədəd Boeing737 layneri göndərib.

Boeing-in əsas rəqibi Airbus SE 2020-ci ildən bəri satış həcmində onu qabaqlayır. Amerika aviaşirkəti konserninin mövqelərinin pisləşməsinə 2019-cu ildə İndoneziya və Efiopiyada  baş vermiş iki təyyarə qəzası olub. Belə ki, bundan  sonra Boeing 737 MAX təyyarələrinin dünya üzrə uçuşlarının dayandırılmalı olub.  2020-ci ilin sonundan etibarən ABŞ, Avstraliya, Kanada və 31 Avropa ölkəsi də daxil olmaqla 190-dan çox ölkədə 737 MAX təyyarəsi fəaliyyətini bərpa edib.

Boeing-in əsas rəqibi olan Airbus 2022-ci il dekabrın əvvəlində bildirdi ki, ağır bazar mühiti səbəbindən 2022-ci ildə  qarşıya qoyduğu 700 təyyarə istehsal etmək hədəfinə çata bilməyib. Bununla belə şirkət illik rəqəmin bu hədəfə yaxın olacağını bildirib.

Boeing səhmləri çərşənbə axşamı bazarda öz dəyərini 0,2%, Airbus isə 2% itirib. 
 
N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol